"Noyabrın 7-də bizi Laçın istiqamətindəki mövqelərdən rotasiya edib bir qədər aşağıya düşürdülər" - MÜSAHİBƏ
08 Noyabr 2026, 17:27
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1589
15.01.2019, 15:35
Bu ərazi Ceyranbatan su anbarının bir addımlığında olsa da, sakinləri susuzluqdan əziyyət çəkir. Söhbət Abşeron rayonu ərazi vahidinə daxil olan Hökməli qəsəbəsindən gedir. Qəsəbə dəniz səviyyəsindən 300 metr yüksəklikdə yerləşir. Əhalisi 10 min nəfərə yaxın , ərazisi isə 1750 hektardır.
Qanun nə deyir?
Azərbaycan Respublikasının Su Məcəlləsinə görə, Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi Azərbaycan xalqının milli sərvətidir, əhalinin həyat və fəaliyyətinin əsası kimi istifadə edilir və qorunur, flora və faunanın mövcudluğunu təmin edir.
Suyunun keyfiyyəti müəyyən edilmiş sanitariya normalarına və dövlət standartlarına uyğun olan su obyektləri əhalinin içməli su və məişət ehtiyaclarını ödəmək üçün verilir.
Əhalinin içməli su təchizatı, bir qayda olaraq, mərkəzləşdirilmiş su kəməri qurğuları vasitəsi ilə həyata keçirilir. Su kəməri olmadıqda əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi bilavasitə çayların, su quyularının, kəhrizlərin, bulaqların və digər su mənbələrinin suyundan yalnız qanunvericiliklə müəyyən edilmiş sanitariya normalarına uyğun olaraq istifadə edilə bilər.
Əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi üçün yaşayış yerləri üzrə istifadə edəcəyi təbii su mənbələri qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə bələdiyyələr tərəfindən müəyyən edilir.
“Azərsu” ASC hansı öhdəlikləri yerinə yetirməyə borcludur?
“Azərsu” ASC nin rəsmi internet səhifəsində əhalinin su mənbələrinə qoşulması qaydasında qyed olunur ki, fərdi yaşayış evlərinin sahibləri su təchizatı və kanalizasiya sistemlərinə qoşulmaq üçün "Azərsu" ASC-ə və "Asan Kommunal" mərkəzlərinə müraciət etməlidirlər.
Müraciət edərkən aşağıdakı sənədlər də təqdim edilməlidir:
1. Mənzillərin mülkiyyət hüququnu təsdiq edən və ya torpaqayırma sənədinin surətləri;
2. Ərizəçinin şəxsiyyət vəsiqəsinin surəti.
Ərizə daxil olduqdan sonra “Azərsu” ASC-nin aidiyyəti strukturunun əməkdaşı sifarişçinin su təchizatı və kanalizasiya sistemlərinə qoşulacaq fərdi yaşayış evinə və ya torpaqayırma sənədlərində göstərilən əraziyə yerində baxış keçirir, birləşmənin eskizini hazırlayır və “Su təchizati və kanalizasiya sistemlərinə qoşulmaq üçün texniki şərtlərin verilməsi” Qaydalarının tələblərinə uyğun müvafiq texniki şərti Cəmiyyətin və ya aidiyyatı struktur bölməsinin rəhbərliyinə təsdiq üçün təqdim edir.
Təlabatçıya texniki şərt verildikdən sonra istehsalçı ilə istehlakçı arasında alqı-satqı müqaviləsi bağlanır. Müqavilə “Azərsu” ASC-nin su təchizatı sistemindən abonentin tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə 2874-82 saylı Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sistemlərinə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.
Müqavilədə abonentin ünvanı, su xəttinə birləşmə ünvanı və borunun diametri, quraşdırılmış sayğacın markası, nömrəsi və möhürün (plombun) nömrəsi qeyd olunur, abonentə göstərilən su və kanalizasiya xidmətlərinin tarifləri əks olunur.
Müqavilədə göstərilir ki, istehsalçı abonenti dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etməli, tullant sularını qəbul edib təmizləyici qurğulara ötürməlidir.
“Azərsu” ASC nin 120 milyon dollarlıq binası...
“Azərsu” ASC üçün yeni ofis binası 2 mərtəbəsi yeraltı olmaqla 22 mərtəbəli olacaq. Hündürlüyü 124 metr olan inzibati binanın sahəsi 36326 kvadrat metrdir. Proyekti Almaniyanın tanınmış şirkətlərindən olan “Heerim” idarə edir və tenderdə qalib gəlmiş Koreyanın “Halla” şirkəti tikinti-quraşdırma və digər texniki işləri həyata keçirir. Layihənin ümumi dəyəri 120 milyon dollardır.Hazırda binanın tikintisi davam etdirilir.
00:31 / 25 Noyabr 2026
37
00:17 / 25 Noyabr 2026
63
23:55 / 24 Noyabr 2026
95
23:48 / 24 Noyabr 2026
68
23:34 / 24 Noyabr 2026
89
23:33 / 24 Noyabr 2026
110
23:28 / 24 Noyabr 2026
90
23:22 / 24 Noyabr 2026
86
23:15 / 24 Noyabr 2026
90
23:03 / 24 Noyabr 2026
191
23:00 / 24 Noyabr 2026
177
22:54 / 24 Noyabr 2026
776
22:44 / 24 Noyabr 2026
98
22:22 / 24 Noyabr 2026
970
22:16 / 24 Noyabr 2026
133
22:09 / 24 Noyabr 2026
116
22:07 / 24 Noyabr 2026
118
21:54 / 24 Noyabr 2026
222
21:36 / 24 Noyabr 2026
125
21:32 / 24 Noyabr 2026
244
21:26 / 24 Noyabr 2026
116
21:20 / 24 Noyabr 2026
130
21:18 / 24 Noyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.