Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69074
az

Mübariz Mənsimovdan sensasson müsahibə: "Lotu Quli" ona nə zəng edib deyibmiş?

20:5503 May, 2022
8525
MÜSAHİBƏ
  • A

“Həbs edilməmişdən əvvəl, 2018-ci ildə mənə məlumat verildi ki, sifariş verilib, öldürüləcəksən. Saxlanılanlar oldu, onlardan biri qazax idi. Bu, “Lotu Quli”nin işi idi. Onun kimin adamı olduğunu deməyə ehtiyac yoxdur. Həmin ilin yazında telefonuma İtaliya nömrəsi ilə zəng gəldi, danışan “Lotu Quli” idi. Dedi ki, qardaşımız haqqında çox pis şeylər danışırsan, bunu etmək olmaz. Dedim, qardaşınız kimdir? Dedi ki, Anar Əliyev. (Rövnəq Abdullayevin dayısı oğlu - Əvəz Zeynallı). Telefonum təhlükəsizlik orqanları tərəfindən dinlənilirdi, indi də səs qeydləri onlarda var. Çox üzr istəyirəm, leksikonumda nə qədər söyüş varsa, hamısından istifadə etdim. “Üzr istəyirəm” deyib, dəstəyi asdı. Sən kimsən, biz elələrindən qorxmuruq, gülürük. Heç vaxt mafioz qruplaşmaların bizə dişi batmayıb, bata da bilməz. O insanlardan deyiləm ki, kiminsə qarşısında əsim, əl qaldırım. Üstümüzə gələnin vurmasını gözləmərik, biz vurarıq. İfadəm əsasında “Lotu Quli”ni Türkiyədən deport etdilər. İstanbulun təhlükəsizliyinə cavabdeh olan Mustafa Çalışqan mənə dedi ki, sənə görə “Lotu Quli”ni deport etdik. Dedim, Allah razı olsun, ondan çəkinmirdim, düzgün etməmisiniz. Önəmli olan odur ki, Türkiyədəki azərbaycanlıları sıxışdırmasın. Türkiyəli iş adamlarına ilişmirlər. Bilirsiniz kimə ilişirlər? Orta bizneslə məşğul olan azərbaycanlılara... Belə hallar çox olurdu, mənə deyirdilər, xəbər göndərirdim, əl çəkirdilər. Sayəmdə buradakı azərbaycanlıların yaxasını buraxdılar, qoymadım əzsinlər”.

Oxu24.com  xəbər verir ki , bunu “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov “Xural TV”yə müsahibəsində bildirib.

M.Mənsimov qeyd edib ki, o, 2020-ci ildə həbs edildikdən sonra “Lotu Quli” geri qayıdıb: “Geri qayıdandan bir həftə sonra öldü. Bunlar hamısı eyni qrupdular... Düşünürdü ki, zəng edəcəm Mübarizə, o da deyəcək, bağışla, qardaş, bir də etmərəm. Amma əksi oldu... Onlar sözlə danışırlar, biz isə müharibə görmüş adamlarıq... Gözləyirdim, gəlsinlər... Hə, mənə deyirdi ki, onu məmurlar dəstəkləyir. Dedim, bir dövlətin ki, sənə ehtiyacı var, deməli, o heç dövlət deyil. Kimsən ki dövlətin sənə ehtiyacı olsun?! Dövlətin təhlükəsizlik orqanları kifayət qədər güclüdür.

“Lotu Quli”nin ölümünə üzüldüm. Nə olur-olsun azərbaycanlıdır... Əslində ona deyil, övladlarına, əzizlərinə görə üzüldüm. Mənim aləmimdə namus məsələsi deyilsə, kimsə kiminsə canına qıymamalıdır. Canı sən vermədin ki, alasan, Allah verib, Allah da alacaq. Mənim kimi savaşda olacaqsansa, ya sən vuracaqsan, ya da səni vuracaqlar. Əfqanıstan müharibəsində iştirak etmişəm. Ümumiyyətlə, baş verən proseslər üzücü idi”.

İş adamı SOCAR-da, ümumilikdə ölkədə həyata keçirilən islahatlardan da danışıb: “SOCAR-da böyük dəyişikliklər olub. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə gənc kadr rəhbər vəzifəyə gətirilib. İdarəçilik gənc kadrlara verilib, onlar mədəni, intellektual şəxslərdir, təhsillərini xaricdə alıblar. Fəaliyyətlərini izləyirəm, böyük işlər həyata keçirirlər, zövq alıram. Yavaş-yavaş oğurluq kanalların açarları bağlanır. Bu, o deməkdir ki, Azərbaycanın dövlət büdcəsinə daha çox pul gələcək. Ümumiyyətlə, ölkədə müsbətə doğru xeyli işlər həyata keçirilib, bu, alqışlanmalıdır. Prezident çəkinmədən işğaldan azad edilən ərazilərə baş çəkir, işlərlə şəxsən maraqlanır. Qarabağla bağlı desələr ki, bir şeylər edin, əlbəttə, edəcəyik, yatırımlar olacaq. İş adamları yalnız madiyyatı, qazancı düşünməli deyil, həm də yardım etməlidirlər. Hər kəs dövlətin yanında olmalıdır, Ali Baş Komandan İlham Əliyevi dəstəkləməlidir. Azərbaycan hamımızındır...”

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sürix Universitetinə qəbul olan azərbaycanlı danışdı -MÜSAHİBƏ
“Birbank Star-la müştərilərimizə sadəcə kart deyil, həyatlarını asanlaşdıracaq təcrübə təqdim edirik”
Fərid Hüseynov: “Kapital Bank olaraq 150 illik təcrübə ilə gələcəyin innovasiyalarına yol açırıq” -Müsahibə

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi