Bu ölkə də Rusiya əleyhinə ÇIXDI: Regionun taleyi sual altındadır - POLİTOLOQLA MÜSAHİBƏ
13 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
7732
19.08.2021, 18:53
"Bu insanların dünyagörüşü o qədər dardır ki, dinlərinin də dar olduğuna görə özlərini "dindar" adlandırırlar. Bu insanlar ilk növbədə bilməlidirlər ki, dünya sadəcə müsəlmanlardan ibarət deyil".
Oxu24.com xəbər verir ki, bunu ilahiyyatçı Elşad Miri Unikal.org-a açıqlamasında Hacı Surxayın Məhərrəm ayında toy edən şəxslərin övladlarının sağlamlığında təhlükə yaranacağı, ailə həyatının xoşbəxt olma ehtimalının az olması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. O bildirib ki, müsəlmanların hamısı Məhərrəm ayında toy edib-etməməyi müzakirə etmirlər:
"Məsələn Qazax, Zaqatala, Balakən və Quba rayonlarında Məhərrəm ayı ilə bağlı heç bir problem yoxdur və onlar toy da edirlər. Bu insanların dünyagörüşləri o qədər bəsitdir ki, onların düşüncəsinə görə, dünyada yaşayan 7-8 milyard insanın hamısı müsəlmandır və onlar toy etsələr xoşbəxt olmayacaqlar, uşaqları şikəst olacaq.
Həmçinin oxuyun
Bu adamlardan soruşmaq lazımdır ki, həqiqətən də Məhərrəm ayında toy edən şəxslərin uşaqları arasında şikəst olan var mı? Bu, Allahlıq iddiası kimi bir şeydir. Bunlar Allahın verə biləcəyi qərarı Allahın adından verməyə çalışan fırıldaqçılardır. Belə bir şey nə dərəcədə doğru ola bilər? Dünyada milyardlarla buddist və xristian yaşayır.
Onlarda Məhərrəm ayında toy edib-etməmək məsələsi var mı? Onlar həmin zaman toy etdikləri vaxtda uşaqları şikəstmi olur? Görün biz nəyi müzakirə edirik. Vicdanın nə olduğunu bilməyən, İranın Ali Dini liderinin ifadəsini Qarabağı azad etməklə əlaqələndirən şəxsin qurumunda olan hər hansısa bir mollabaşın ifadəsini müzakirə edirik. Biabırçılıqdır".
09:29 / 16 Dekabr 2025
173
09:25 / 16 Dekabr 2025
14
09:18 / 16 Dekabr 2025
14
08:23 / 16 Dekabr 2025
33
08:21 / 16 Dekabr 2025
31
08:19 / 16 Dekabr 2025
42
00:25 / 16 Dekabr 2025
486
00:14 / 16 Dekabr 2025
133
00:03 / 16 Dekabr 2025
97
23:55 / 15 Dekabr 2025
84
23:51 / 15 Dekabr 2025
1102
23:45 / 15 Dekabr 2025
79
23:28 / 15 Dekabr 2025
105
23:25 / 15 Dekabr 2025
69
23:21 / 15 Dekabr 2025
187
23:14 / 15 Dekabr 2025
88
23:08 / 15 Dekabr 2025
93
23:02 / 15 Dekabr 2025
85
22:54 / 15 Dekabr 2025
71
22:49 / 15 Dekabr 2025
100
22:48 / 15 Dekabr 2025
80
22:31 / 15 Dekabr 2025
129
22:27 / 15 Dekabr 2025
90
22:09 / 15 Dekabr 2025
718
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.