Bu ölkə də Rusiya əleyhinə ÇIXDI: Regionun taleyi sual altındadır - POLİTOLOQLA MÜSAHİBƏ
13 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
6912
18.08.2021, 16:16
Avqustun 10-u Məhərrəm ayı başlayıb. Əvvəllər Məhərrəm ayında insanlar adi şənlikləri, ad günlərini belə keçirmirdilər. İndi isə toyların ardı-arası kəsilmir.
Bunun səbəbi təxminən bəllidir. Əhali karantin rejiminin yenidən sərtləşdiriləcəyindən ehtiyatlandığı toy mərasimlərinin keçirilməsinə əvvəlki illərdə olduğu qədər soyuq yanaşmır.
Bəs din xadimləri bu barədə nə düşünürlər? Məhərrəmlikdə toy etmək olarmı?
Tanınmış din xadimi, İçərişəhər "Cümə” məscidinin axundu Hacı Surxay mövzu ilə bağlı Yenisabah.az-a danışıb. O, Məhərrəm ayında sevinməyin belə haram olduğunu vurğulayıb:
"Klassik janr ədəbiyatında Məhəmməd Füzulinin bir beyti var. Deyir ki, "Mahi Məhərrəm oldu, məqsədimiz haramdır”. Məhərrəm ayı gəldiysə, sevinmək belə haramdır. Nəyə görə haramdır? Bəzi insanlar deyir ki, bir ərəb ölüb ona görə yas saxlayırıq. Bu yalnış bir düşüncə və savadsızlığın əlamətidir. İmam Hüseyn peyğəmbər nəvəsidir, o, haqq və ədalət, qardaşlıq uğrunda şəhid olub. Şəhid hansı ölkənin, haranın şəhididir deyə bir anlam yoxdur. Şəhidliyin bir adı var, Quranda şəhidliyin necə əzəmətli olması haqqında danışılır. İmam Hüseyn bütün mənsəblərin ortaq dəyəridir. İmam Hüseyn ərəb və əcəm deyil. Şəhidliyin simvolik nümunəsidir.
Şəhidlərə yas saxlamaq bizim inancımızdan irəli gəlir. Bəzi insanlar deyir ki, şəhidlər üçün ağlamaq olmaz. Əgər bir insan torpağa tapşırılırsa onun üçün necə ağlamamaq olar? Məhəmməd peyğəmbər oğlu İbrahim öləndə ağladı. Dedilər Ya Rəsulallah niyə ağlayırsan? Dedi "ciyərimin bir parçasını torpağa basdırdılar”.
Həmçinin oxuyun
Bu səbəblərdən Məhərrəm ayında toy etmək icazəli deyil. Bu şəhidlərə qarşı hörmətsizlik, Peyğəmbərin ailəsinə qarşı bir təhqirdir. Bir xalqı xalq edən onun milli və mənəvi dəyərləridir. Məhərrəm ayı Azərbaycan xalqının əsrlər boyu ruhundan süzülüb gəlib. XIV əsrdən bəri Azərbaycanın qan yaddaşına yazılıb. İmam Hüseyn İslam aləmində insanlığın kamil nümunəsidir”.
Müsahibimiz Məhərrəm ayında evlənənlərin xoşbəxt olub-olmayacağıyla bağlı iddialara münasibət bildirib:
"Məhərrəmlikdə sevinmək nə qədər icazəli deyilsə, toy etməkdə o qədər icazəli deyil. Biz övladlarımızı böyüdürük, gələcək nəsillərin inkşafı üçün onları evləndirib, xeyr dua veririk. Toy vaxtını isə 3-4 ay öncədən təyin edirik ki, əlamətdar gün olmasın. Yəni şəhidlik, torpaqlarımız işğal altında olan zaman işğal günlərində toy keçirilmirdi. Bu bizim inancımızdır, heç vaxt unutmamalıyıq.
Məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99% sual altındadır. Əgər ailə saadətindən, xoşbəxtlikdən danışa bilmiriksə, uşaqların sağlamlığı da sual altında olacaq. Bir din xadimi olaraq bu mənim subyektiv fikrimdir.
İslam fəlsəfəsində bir məsələ qeyd olunur. Dünyada tam xoşbəxt və tam bədbəxt insan yoxdur. İnsanlar həyatda elə iş qurmalıdırlar ki, gələcəkdə ailələrinin, balalarının xoşbəxtliyini sual altında qoymasınlar”.
00:36 / 17 Dekabr 2025
10
00:32 / 17 Dekabr 2025
16
00:24 / 17 Dekabr 2025
26
23:40 / 16 Dekabr 2025
371
23:04 / 16 Dekabr 2025
578
22:25 / 16 Dekabr 2025
58
22:19 / 16 Dekabr 2025
323
22:05 / 16 Dekabr 2025
71
20:53 / 16 Dekabr 2025
618
20:13 / 16 Dekabr 2025
763
20:07 / 16 Dekabr 2025
319
20:05 / 16 Dekabr 2025
269
19:58 / 16 Dekabr 2025
142
19:53 / 16 Dekabr 2025
96
18:06 / 16 Dekabr 2025
2090
17:55 / 16 Dekabr 2025
103
17:51 / 16 Dekabr 2025
108
17:39 / 16 Dekabr 2025
4775
17:35 / 16 Dekabr 2025
136
17:26 / 16 Dekabr 2025
100
17:23 / 16 Dekabr 2025
112
16:39 / 16 Dekabr 2025
110
16:00 / 16 Dekabr 2025
176
15:56 / 16 Dekabr 2025
125
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.