"Noyabrın 7-də bizi Laçın istiqamətindəki mövqelərdən rotasiya edib bir qədər aşağıya düşürdülər" - MÜSAHİBƏ
08 Noyabr 2026, 17:27
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1486
15.11.2020, 00:35
Musavat TV və "Azadliq” radiosundakı çıxışlarımdan sonra müsbət şərhlərlə bərabər, bir çox mənfi şərhlər də gəldi ki, bunların da bir hissəsi müxalifət liderlərindən birinə işləyən trollar şəbəkəsi tərəfindən yazılmışdı.
Publika.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, həmin şərhlərdə Zülfürarovun təhqir olunması ilə bərabər, “Vətənin satılması”, Prezident Elçibəyin rus qoşunlarını ölkədən çıxardıqdan sonra Rusiya qoşunlarının yenidən Azərbaycana qaytarılması və buna bənzər bir çox standart və xarakterik şablon fikirlər irəli sürülüb:
“Ona görə erməni qoşunlarının Kəlbəcərdən çıxarıldığı günlərdə bir sıra hadisələri xatırlatmaq istərdim. Həmçinin deməliyəm ki, həmin dövrdə danışıqlarda mənimlə bərabər rəhmətlik Vəfa Quluzadə və Birinci vitse-prezidentin köməkçisi, səfir Elçin Əmirbəyov iştirak edirdi. Yəni özünü Prezident Elçibəyin ideyalarının varisləri kimi təqdim edənlərin o zaman danışıqlarda heç bir iştirakı olmayıb.
Yəqin, bilməyənlər üçün xatırlatmaq lazımdır ki, Vəfa müəllim və Elçibəy tələbə illərindən çox yaxın dost olublar. Beləliklə, 1992-1993-cü ilin qışında vəziyyət gərginləşdi və aydın oldu ki, Rusiya istiqamətində, o cümlədən bu ölkənin sülhməramlı əməliyyatda mümkün iştirakının genişləndirilməsi baxımından ciddi diplomatik addımlar atılmalıdır. Bu məqsədlə Pənah Hüseynov, o cümlədən Azərbaycanın Rusiyadakı səfiri Hikmət Hacızadənin də təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Kozırevlə görüşmək üçün Moskvaya yollandı. Mən də həmin səfərdə iştirak edirdim... Danışıqlar nəticəsiz bitdi və bir az sonra Kəlbəcər rayonunun işğalı baş verdi.
Beləliklə, indiki vəziyyət tamamilə əksinədir. Bunu xüsusilə siyasi möhtəkirlər üçün yazdım ki, onlar məni yeni xatırlatmalara təhrik etməsinlər”.
23:32 / 15 Noyabr 2026
1
23:07 / 15 Noyabr 2026
160
22:43 / 15 Noyabr 2026
126
22:34 / 15 Noyabr 2026
90
22:24 / 15 Noyabr 2026
75
22:05 / 15 Noyabr 2026
891
21:57 / 15 Noyabr 2026
380
21:37 / 15 Noyabr 2026
1152
21:07 / 15 Noyabr 2026
1088
20:58 / 15 Noyabr 2026
519
20:55 / 15 Noyabr 2026
140
20:44 / 15 Noyabr 2026
339
20:39 / 15 Noyabr 2026
128
20:30 / 15 Noyabr 2026
155
20:09 / 15 Noyabr 2026
419
19:51 / 15 Noyabr 2026
449
19:37 / 15 Noyabr 2026
150
19:17 / 15 Noyabr 2026
152
19:09 / 15 Noyabr 2026
138
18:40 / 15 Noyabr 2026
156
18:05 / 15 Noyabr 2026
168
17:53 / 15 Noyabr 2026
2129
17:43 / 15 Noyabr 2026
817
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.