Qaynar xətt:

(+99450) 247 90 86

Ramiz Mehdiyev: "Əlimdəki faktları ortaya qoysam, ölkədən qaçarlar"

Ramiz Mehdiyev: \\\"Əlimdəki faktları ortaya qoysam, ölkədən qaçarlar\\\"

MÜSAHİBƏ

850

10.09.2020, 13:47

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın Prezidenti, akademik Ramiz Mehdiyev son günlər onun haqqında yazılanlarla bağlı “Təzadlar”a açıqlama verib.
 

Oxu24.com  xəbər verir ki, AMEA rəhbəri ona qarşı aparılan qarayaxmalardan danışıb:

“Nankorlar sabah başqalarına qarşı da eyni nankor yol tutacaqlar. Məni əsassız tənqidlər o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsi – nankorluğudur.

Əgər həmin şəxslər barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər.

Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün”.