Məleykə Abbaszadə imtahan sualları və dəyişikliklə bağlı mühüm suallara CAVAB VERDİ
14 May 2026, 12:03
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1126
07.07.2020, 11:55
Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bu dəfə siyasətdən deyil, oğlu Seymur Novruzovdan danışıb.
Oxu24.com xəbər verir ki, S.Novruzov "MediaPost”a müsahibəsində övladı ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.
-Siyavuş müəllim, oğlunuz məzun oldu. Məktəbi necə oxuya bildi?
-Övladım məktəbi çox yaxşı oxuyub, başa vurdu. Müəllimləri də Seymurdan çox razı idi. Hər bir müəllimi ilə görüşür və lazım gələndə əlindən də öpürdü. Mən övladımı belə tərbiyə etmişəm. Elə bunu da yazın. Oğlum icazə almamış ayaqyoluna belə getmir.
-Ali məktəblərə qəbul imtahanları başlayıb. Seymur imtahan verib?
-Xeyr. Hələ imtahan verməyib. Yaxın günlərdə imtahanı olacaq. İnşallah, imtahanlarında yüksək nəticə əldə edər.
-Sirr deyilsə, övladınız ixtisasca nə olmaq istəyir?
-Özünə bu barədə sual verin. Amma mən istəyirdim, övladım Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına (indiki: Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasına ) imtahan verib, qəbul olsun. Özü bunu istəmədi. Sonra təklif etdim ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında oxusun. Onu da qəbul etmədi (gülür). Özüm "paqonlu adamam” deyə, bunları təklif etdim. Amma hazırda bütün bu ixtisas seçimi məsələsini özünün ixtiyarına vermişik. Daha özü bilər. Oğlum həm də yaxşı bokusçudu.
-Boksçu kimi yarışlarda iştirak edib, qələbə qazanıb?
-Yaxşı döyüşə bilir. Amma heç vaxt yarışlarda iştirak etməyib. Oğlum o qədər ədalətli adamdır ki, bəzən mən ondan dərs götürürəm. Deyir ki, məndən zəifi necə vura bilərəm?! O qədər haqq adamıdır.
-Seymur xasiyyətcə kimə oxşayır?
-(Gülür) Babasına oxşayır. Mənim atama. Atam da elə idi. Övladım bir qarışqanı belə, ayaqlamır. Bu qədər ədaləti mən yalnız Həzrəti Əlidə olduğunu eşitmişəm.
-İnşallah, Ali məktəbə qəbul olsun, Seymurla bir müsahibə edərik...
-Seymur universitetə qəbul olsa-olmasa da, mənim üçün əhəmiyyəti yoxdur. Əsas odur, indiki dövrdə tərbiyəli övlad böyüdəsən. Sən mənim dostumsan. Bir gün onunla da müsahibə götürüb, danışarsan..
-Allah qorusun, çox sağ olun
-Sağ olun.
23:13 / 14 May 2026
35
23:05 / 14 May 2026
41
22:34 / 14 May 2026
53
22:30 / 14 May 2026
116
22:13 / 14 May 2026
129
21:58 / 14 May 2026
120
21:52 / 14 May 2026
69
21:41 / 14 May 2026
65
21:30 / 14 May 2026
73
21:19 / 14 May 2026
77
21:14 / 14 May 2026
75
21:07 / 14 May 2026
183
21:02 / 14 May 2026
150
20:59 / 14 May 2026
65
20:56 / 14 May 2026
90
20:54 / 14 May 2026
84
20:49 / 14 May 2026
59
20:49 / 14 May 2026
413
20:41 / 14 May 2026
256
20:35 / 14 May 2026
175
20:31 / 14 May 2026
336
20:28 / 14 May 2026
64
20:19 / 14 May 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.