ATXƏM sədri: “Azərbaycan-Türkiyə dostluğuna xələl gətirmək mümkün deyil”
28 Sentyabr 2026, 13:46
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1772
30.04.2020, 10:07
Azərbaycanda mayın 11-dək virus gəzdirən xəstələrimizin müddəti artıq qurtarır.
Oxu24.com bildirir ki, bunu “Ölkə.Az”a açıqlamasında baş infeksionist Cəlal İsayev deyib.
Onun sözlərinə görə, artıq biz mayın ikinci ongünlüyündən etibarən koronavirus epidemiyası təhlükəsinin azalmasını müşahidə edəcəyik. “Artıq COVİD-19 infeksiyasının sönmə prosesi başlayıb və bu proses may ayında daha da sürətlənəcək. Mayın 10-dan sonra isə demək olar ki, virus gəzdirən insanlarımız inkubasiya müddəti bitir”- C. İsayev bildirib.
O, əlavə edib ki, pandemiya ilə bağlı palet dövrü arxada qaldığından və müsbət dinamika davam etdiyindən mayın ikinci yarısında Azərbaycan tamamilə karantin rejimindən çıxa bilər.
Bununla belə baş infeksionist əlavə edib ki, bütün bunlara baxmayaraq cəmiyyətdə virus saxlana bilər və ona görə də biz ehtiyat tədbirlərimizi əldən verməməliyik: “Hətta karantin rejimi ləğv edilsə belə, biz bir müddət bu qaydalara ciddi əməl etməliyik”.
İkinci dalğanın olamasına gəldikdə isə C. İsayev bildirib ki, bu proses daha çox insanlarımızdan asılıdır: “Karantin rejimin yumşaldılması prosesi gedir. Amma bu demək deyil ki, qaydalara, tövsiyyələrə əməl etməyim, buna yol vermək olmaz. Tövsiyyə və qaydalara ciddi əməl olunmalıdır. Bacardığımız qədər özümüzü qorumalıyıq. Nəinki özümüzü başqalarını da... İndi necə hərəkət ediriksə, onda da elə hərəkət etməliyik. İnsanların çox olduğu yerlərə getməkdən, təmaslardan maksimum çəkinməliyik. Gigiyenik qaydalara ciddi əməl olunmalıdır”.
19:43 / 26 Oktyabr 2026
6
19:17 / 26 Oktyabr 2026
33
19:00 / 26 Oktyabr 2026
52
18:47 / 26 Oktyabr 2026
67
18:36 / 26 Oktyabr 2026
74
18:20 / 26 Oktyabr 2026
80
18:10 / 26 Oktyabr 2026
73
17:45 / 26 Oktyabr 2026
150
17:01 / 26 Oktyabr 2026
107
17:00 / 26 Oktyabr 2026
307
16:58 / 26 Oktyabr 2026
77
16:46 / 26 Oktyabr 2026
88
16:42 / 26 Oktyabr 2026
76
16:30 / 26 Oktyabr 2026
107
16:17 / 26 Oktyabr 2026
111
16:08 / 26 Oktyabr 2026
262
15:57 / 26 Oktyabr 2026
97
15:50 / 26 Oktyabr 2026
316
15:48 / 26 Oktyabr 2026
159
15:44 / 26 Oktyabr 2026
217
15:41 / 26 Oktyabr 2026
101
15:37 / 26 Oktyabr 2026
79
15:34 / 26 Oktyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.