Bir kərə yüksələn bayrağın sönməyən işığı: RƏSULZADƏ - 142
31 Yanvar 2026, 18:23
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1303
14.02.2020, 12:29
Mərkəzi Seçki Komissiyasının dünənki qərarlarına əsasən, nəticələri ləğv edilən dairələrlə bağlı sosial şəbəkələrdə gedən müzakirələr davam etməkdədir.
Oxu24.com bildirir ki, şikayətçilər və onların tərəfdarları nəticələrin ləğv edilməsinə sevinir. Eyni zamanda, ləğv olunan dairələrlə bağlı maraqlı məlumatlar paylaşılır. Bunlardan biri də 74 saylı seçki dairəsindən nəticələri ləğv edilən Hadi Rəcəbli və 33 saylı seçki dairəsindən nəticələri ləğv edilən Hüseynbala Mirələmovla bağlıdır.
Bildirək ki, H. Rəcəbli ilə H. Mirələmov 65 ildir ki, dostdurlar. Hər iki şəxs orta məktəbdə bir oxuyub. Onların parta arxasından başlayan dostluğu Milli Məclisin iclas zalına qədər davam edib. Belə ki, hər iki şəxs 3 çağırış bir stol arxasında əyləşiblər.
H. Rəcəbli mətbuata müsahibələrində Mirələmovla dostluğu barədə maraqlı fikirlər də söyləyib:
Həmçinin oxuyun
“Hər ikimiz həmişə deyirik ki, bizə göz dəyməsin. Çünki belə xoş təsadüflər nadir hallarda olur. Anam Hüseynbalaya “böyük oğlum” deyərdi. Məktəb vaxtı qız dalınca düşməkdən tutmuş dalaşmağa qədər bütün sirlərimiz bir olub. Arada idmanla da məşğul olmuşuq. Hətta 12 yaşında işləyib dərsliklərimizi özümüz almışıq. Bütün həyatımızın ən maraqlı illəri bir yerdə keçib. Uşaqlıqda bir neçə dəfə dalaşmışıq da, hərdən valideynlərdən gizli loto da oynamışıq, şərab da içmişik, amma heç vaxt aludə olmamışıq. Siqaret çəkmədik, bu gün də çəkmirik. Bir də görürsən ki, Milli Məclisdə çıxış edirəm. Dayanmaq bilmirəm. Ona deyirəm ki, vaxtım bitəndə mənim ətəyimi dart. O da vaxtın bitməsinə az qalanda ətəyimi dartır ki, vaxtın bitir. Bax, biz belə parta yoldaşıyıq”.
Sosial şəbəkədə isə hamı bu dostluqla bağlı “Bir başladılar, bir getdilər” deyir...
Qeyd edək ki, Hadı Rəcəbli 5 çağırış, Hüseynbala Mirələmov isə 3 çağırış deputat olub. //qafqazinfo
21:19 / 01 Fevral 2026
81
20:51 / 01 Fevral 2026
68
20:44 / 01 Fevral 2026
144
20:40 / 01 Fevral 2026
102
20:19 / 01 Fevral 2026
208
19:59 / 01 Fevral 2026
959
19:31 / 01 Fevral 2026
279
19:04 / 01 Fevral 2026
146
17:55 / 01 Fevral 2026
173
17:21 / 01 Fevral 2026
1552
17:19 / 01 Fevral 2026
188
17:04 / 01 Fevral 2026
184
16:49 / 01 Fevral 2026
475
16:47 / 01 Fevral 2026
95
16:26 / 01 Fevral 2026
262
16:14 / 01 Fevral 2026
209
16:06 / 01 Fevral 2026
152
15:51 / 01 Fevral 2026
178
15:30 / 01 Fevral 2026
1219
14:59 / 01 Fevral 2026
179
13:45 / 01 Fevral 2026
127
13:27 / 01 Fevral 2026
95
13:20 / 01 Fevral 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.