Polad Həşimov anası ilə sonuncu danışığında nə deyib? — Milli Qəhrəmanın anası ilə müsahibə
29 Aprel 2025, 18:14
Qaynar xətt:
(+99450) 247 90 86MÜSAHİBƏ
3775
17.12.2019, 13:43
O, son illərdə Türkiyənin məşhur sənətçilərinin xəstəlik və ölüm xəbərlərini verən “Felaket Tellalı” ləqəbi ilə məşhurlaşıb. Amma biz onu daha çox Türk sənət musiqisində böyük xidmətləri olan bir şəxs kimi tanıyırıq. O, bir çox əsərlərin söz yazarı, bəstəcisi Türkiyənin dövlət sənətçisi Onur Akaydır.
Yaxın günlərdə ölkəmizə təşrif buyuran Onur Akayla görüşüb söhbətləşdik.
Oxu24.com həmin müsahibəni təqdim edir:
- Onur bəy, öncə sizi Azərbaycanda gördüyüm üçün çox məmnun oldum.
- Mən də çox sevindim, Bilirisiniz ki, Azərbaycanla bağlı bəzi xəbərləri sizdən alıram. Ölkənizdə sizinlə biraraya gəlmək məni də çox şad etdi.
- Bu sizin Bakıya ilk gəlişinizdir?
- Bəli, ilk gəlişimdir.
- Ölkəmizi bəyəndiniz?
- Çox bəyəndim və təkrar gələcəm.
- Bakı sizi necə qarşıladı?
- Möhtəşəm. Azərbaycanlılar çox qonaqsevərdir. Mütləq təkrar gələcəm.
- Azərbaycana gələndə ilk görmək istədiyiniz sənətçi və ya özünüzə yaxın bildiyiniz biri vardı?
- İlk görmək istədiyim sənətçi Alim Qasımov idi.
- Bəs, görüşə bildiniz?
- Alim bəylə məni bir araya gətirdilər və buna çox şad oldum. Həmçinin özündən də Türkiyə üçün müsahibə aldım.
- Görüşünüz barədə danışmağınızı istərdim? Alim Qasımov necə bir insandır?
- Çox dəyərli bir sənətkardır…
- Alim bəylə müsahibənizdə sizin üçün yeni olan nələrdən danışdı?
- Türkiyənin Azərbaycan sənətçiləri ilə kifayət qədər maraqlanmadıqlarının fərqinə vardım. Dünyada məşhur xalq mahnılarının mahir ifaçısı kimi tanınan və 1999-cu ildə UNESCO-nun Beynəlxalq Musiqi Şurasının birinci mükafatına layiq görülən Alim Qasımova, hələ də Türkiyədə konsert verməyi üçün təklif belə gəlməyib. Alim Bəy, “Təklif gələrsə konsert verərsiniz?” sualıma isə, “Təbii ki istəyərəm… Türkiyəli müğənnilər burada kifayət qədər konsert verib. Əziyyət çəkib gəlməsinlər. Onsuzda hamısını tanıyırıq. Amma azərbaycanlı müğənnilər Türkiyədə demək olar ki, konsert vermir və lazımdır.” dedi.
- Bu barədə siz nə düşünürsünüz?
- Özünün Türkiyədə də konsertlər verməyinin vacib olduğunu düşünürəm və buna görə də əlimdən gələni edəcəm. Həmçinin Alim Qasımovla müsahibəmdə çox vacib bir mövzu diqqətimi çəkdi. Alim bəy Azərbaycanda musiqi ilə məşğul olanlara pul verilmədiyini dedi. Hətta Alim bəy musiqiçi olmaq istəyən gənclərə “ağıllı olun, gedib gözəl bir işlə məşğul olun” deyirmiş . Musiqi ilə məşğul olan həqiqi sənətkarlara göstərilən diqqətsizlik həqiqətən çox ağırdır.
- Uzun illər sənətlə iç-içə olsanız da, indi Onur Akay deyilincə “Felaket Tellalı” ifadəsi istifadə edilir. Bunun səbəbini azərbaycanlı tamaşçılarınıza, sevənlərinizə açıqlaya bilərsiniz?
- Türk sənət musiqisinin ən önəmli sənətçiləri başda olmaqla, çox sayda sənətçilərin ailəsi ilə yaxın olduğum üçün, bir çox xəbərlər mənə əvvəlcədən gəlir. Həmçinin gənc müxbirlər daha əvvəlki sənətçiləri yaxşı tanımadığı üçün və mən də köşə yazarı olduğum üçün onların xəstəlik və ölüm xəbərlərinə sosial mediada,köşə yazılarımda yer verirəm. Buna görə də mətbuat ləqəbimi “Felaket Tellalı” qoyub. Onu da deyim ki, ləqəbimin sahibi “Hürriyet” qəzetidir.
- “Felaket Tellalı”… Bəs, bu ləqəblə yadda qalmaq sizi narahat etmir?
Həmçinin oxuyun
- Əvvəllər narahat olurdum amma gənclərin yanıma ‘Felaket Tellalı’ olaraq gəlməsi məni də şad edir. Bu ləqəb çox diqqət çəkib. Xüsusilə gənclərə çox əyləncəli gəlir. Bu arada onu da deyim ki, klasik Türk musiqisini gənclərə aşılayıram. Ona görə də artıq narahat olmuram.
- Söylədiyiniz kimi daha çox bəd xəbərləri ilk sizdən eşidirlər. Bu xəbərləri kimdən və haradan alırsınız?
- Sənətçilərimizin ailələrindən, menecerlərdən və sənət camiasından alıyorum. Həmçinin “Hürriyet” qəzeti yazarı Cengiz Semercioğlu mənə “xəbər xəbəri doğur” demişdi. Çox düzgün deyib və indi mənə hər yerdən xəbər gəlir.
- Belə olduğu zaman müxbirlərdən öncə cəmiyyətə xəbərləri ilk siz vermiş olursunuz . Bəs buna görə sizə qısanclıq olub?
- Xeyr, heç vaxt olmayıb. Zəng edib ətraflı məlumat alırlar və mən də hamısına əlimdən gəldiyi qədər köməklik etməyə çalışıram..
- Azərbaycanda Onur Akay deyilincə ağla gələn başqa bir ad Türkiyənin məşhur müğənnilərindən olan Müşerref Akaydır. Azərbaycanda çox insan sizin Müşerref xanımın oğlu olduğunuzu hesab edir. Bu doğrudur? Söz-söhbət haradan qaynaqlanır?
- Xeyr doğru deyil. Türkiyədə də Müşerref xanımın oğlu olduğumu zənn edən bir kütlə var. İllərdir televiziyalarda həm mən, həm də Müşerref xanım bunun yalnış olduğunu söyədiyimiz halda, zamanla oğlu olduğum yenə də deyilir. Hesab edirəm ki, buna səbəb soyadı bənzərliyidir. Soyadlarımız Akaydır.
- Keçək sənət mövzusuna. Sizi müğənni, bəstəkar, şair, yazar, aparıcı və aktyor olaraq tanıyırlar. Bunlardan Onur Akaya yaxın olan sənətin hansı sahəsədir?
- Müğənnilik.
- İlk ixtisas təhsilinizi harada ve kimlərdən almısınız?
- İstanbul Universiteti Dövlət Konservatoriyası Türk Musiqisi Nazariyatı və Haliç Universiteti Türk Musiqisi Səs Şöbəsində təhsil almışam. Professor Alaeddin Yavaşça, Süheyla Altmışdört və Nevin İnam Karındaş kimi zamanının ən məşhur müəllimləri mənə dərs deyib.
-Professional səhnəyə neçənci ildə gəlmisiniz ?
- 1993-cü ildə.
- Azərbaycanda belə bir deyim var: “Sənət qurban tələb edir”. Türkiyədə müğənni olmağın bədəli var?
- Təbii ki, var və dünyanın hər yerində belədir. Türkiyədə də böyük qurbanlar verən məşhur müğənnilər olub.
- Bəs siz nəyi qurban vermsiniz?
- Şöhrətin bədəli var. “Bədəl ödəmədim” deyən yalan deyir. Mənim ödədiyim bədəl daha çox sevgi mövzusunda oldu. Münasibətlərimdə böyük problemlər yaşamışam. Sevgidə eqolu davrandığımı anladım və bunu qaydaya salmağı öyrəndim.
- Sizcə əsl sənətkar necə olmalıdır?
-Sənətkar daima yeniliklərə açıq olan və məktəb kimi özündən sonra gələn davamçılarına yol göstərən, işıq tutan insandır.
-Türk musiqisinə bir çox töhfəniz olub. Bildiyim qədəri ilə Türk sənət musiqisinə yeni muğam növləri qazandırmısınız... Bu barədə bir az geniş danışa bilərsiniz?
- Türk musiqisində bir çox nəzəriyyəçinin də qəbul etdiyi “Müstearlı Nikriz”, “Müstearlı Hicaz”, “Zirgüleli Pençgâh” adlarını verdiyim 3 birləşmiş muğam aşkarlamışam.
-Uşaqlıqdan şeir yazmağa başlamısınız və bir çox bəstəkarlar şeirlərinizə mahnılar bəstələmiş…
-Semahat Özdenses, Erol Sayan, Suat Sayın, Necdet Tokatlıoğlu, Teoman Önaldı, Amir Ateş, Rüştü Eriç, Necdet Varol, Sadun Aksüt, Erdinç Çelikkol, Zeynettin Maraş, Gündoğdu Duran, Turhan Taşan, Osman Babuşçu və İlgün Soysev kimi unudulmayacaq bestəkarlar tərəfindən şeirlərim bəstələnib. TRT-nin repertuarına salınıb və TRT solistləri tərfindən oxunub. Ən sonuncu şeirim “Görmədən Sevmək” isə TRT İstanbul Radiosunun solisti və bəstəkar Cengizhan Sönmez tərəfindən bəstələndi və mahnımız İstanbul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi, Səs təhsili şöbəsinin müdir müavini və müğənni Gülşah Sönmez tərəfindən alboma salınıb.
- Bakıda olduğunuz müddətdə Azərbaycan mətbuatı ilə Türkiyə mətbuatının fərqini gördünüz?
- Məncə bir fərq yoxdur. Amma Türkiyə və Azərbaycan mediasının bir-birlərini daha yaxından tanımasının vacib olduğunu düşünürəm. Həmçinin Türkiyənin Azərbaycan xəbərlərinə, Azərbaycanın da Türkiyə xəbərlərinə daha çox yer verməsini ürəkdən istəyirəm.
- Və son sualım.Hazırki yerinizdən razısınız?
- Çok məmnunam… Türkiyədə dəyər verən çox böyük bir kütlə var və eyni zamanda gənçlərin də böyük marağı ilə qarşılaşıram. Eyni zamanda Azərbaycanda da mahnılarımı əzbər bilən insanlarla qarşılaşdım və çox təəccübləndim.
-Suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm.
- Mən təşəkkür edirəm və sizin vasitənizlə bütün Azərbaycana ürəkdən sevgilərimi göndərirəm.
Oğuz Altay
12:32 / 01 May 2025
Bu ödənişlər yalnız nağdsız olacaq - 1000 manata qədər cəriməsi var
1
12:29 / 01 May 2025
Kamran Əliyev parlamentdə çıxış etdi
2
12:14 / 01 May 2025
Nazirlə görüş var
6
12:02 / 01 May 2025
Bakıda silah-sursat aşkarlanıb
18
11:59 / 01 May 2025
İsrail zərbə endirdi: Həyatını itirənlər var
22
11:53 / 01 May 2025
Şəhid qardaşların tale yolları — Məzarları da yanaşıdır
70
11:44 / 01 May 2025
Medvedev Trampın reytinqindən danışıb
21
11:31 / 01 May 2025
Ukrayna silahsız qalacaq? — Britaniyadan sensassion yazı
20
11:26 / 01 May 2025
Moldova sakinləri 9 Mayla bağlı qərar verir
28
11:19 / 01 May 2025
SON DƏQİQƏ! Həmin şəxslər ələ keçdi - Əməlləri şok etdi
751
11:12 / 01 May 2025
Parlament Kamran Əliyevlə bağlı razılıq verdi
107
11:04 / 01 May 2025
Bakıda 2 ildir bağlı olan İran Bankı açıldı
24
10:55 / 01 May 2025
Qəzada həlak olan hərbçilərin FOTOSU
477
10:47 / 01 May 2025
İntiqam Babayevə vəzifə verilib
37
10:32 / 01 May 2025
Hamam otağında dünyasını dəyişən şəxs kimdir? — FOTOLAR
655
10:30 / 01 May 2025
Azərbaycanda 2 vəkilə töhmət, 6-na xəbərdarlıq olunub
60
10:12 / 01 May 2025
Planetin ən yaşlı insanı vəfat edib
282
10:10 / 01 May 2025
Bu gündən elektron oldu
40
10:10 / 01 May 2025
Səhərlər bu içkini içmək ürəyi qoruyur, ömrü uzadır
42
09:59 / 01 May 2025
Tramp Putindən üz çevirmək üzrədir: ABŞ Rusiyanı “təhdid atəşi”nə tutdu
42
09:50 / 01 May 2025
Kelloq: Kiyev bəzi ərazilərdən güzəştə getməyə razıdır
31
09:30 / 01 May 2025
İsrail Azərbaycandan kömək istəyir
46
09:20 / 01 May 2025
Dərbəndin yeni başçısı azərbaycanlı oldu
46
09:10 / 01 May 2025
50 il işləyə bilən batareyalar satılacaq
41
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.