Bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq
15 Noyabr 2026, 14:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3017
17.12.2025, 18:52
"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdən biri olaraq qalır”.
Oxu24.com xəbər verir ki,bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, özəl pensiya fondlarının yaradılması, sığorta–pensiya münasibətlərinin tənzimlənməsi və sistemin dayanıqlılığının artırılması vacib istiqamətlər kimi müəyyən edilib:
“Gözlənilir ki, yaxın illərdə bu sahədə konkret addımlar atılacaq. Bu, pensiya sisteminin daha effektiv şəkildə fəaliyyət göstərməsinə imkan verəcək. Pensiya sahəsində planlaşdırılan strategiyalar daha uzunmüddətli dövr üçün nəzərdə tutulub. Gələcəkdə qəbul ediləcək qərarlarda ölkə əhalisinin yaş strukturu, əmək bazarındakı dinamika və sığorta ödənişlərinin həcmi kimi amillər əsas götürüləcək”.
Onun sözlərinə görə, hazırda diqqət mərkəzində olan əsas məsələ isə özəl pensiya fondlarının formalaşdırılması və pensiya-sığorta sisteminin institusional gücləndirilməsidir:
“Bu istiqamətdə gələn ildən etibarən müəyyən islahatların həyata keçirilməsi gözlənilir.
Sözsüz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi mövcud fiskal imkanları və demoqrafik göstəriciləri nəzərə alaraq bu sahədə planlama və sistemləşdirmə işlərini davam etdirir”.
14:02 / 15 Noyabr 2026
7
13:27 / 15 Noyabr 2026
141
12:55 / 15 Noyabr 2026
875
12:36 / 15 Noyabr 2026
258
12:28 / 15 Noyabr 2026
113
12:11 / 15 Noyabr 2026
109
11:52 / 15 Noyabr 2026
163
11:43 / 15 Noyabr 2026
102
11:29 / 15 Noyabr 2026
120
11:20 / 15 Noyabr 2026
110
11:20 / 15 Noyabr 2026
117
11:10 / 15 Noyabr 2026
112
11:07 / 15 Noyabr 2026
675
10:50 / 15 Noyabr 2026
120
10:25 / 15 Noyabr 2026
270
10:21 / 15 Noyabr 2026
114
10:18 / 15 Noyabr 2026
109
10:12 / 15 Noyabr 2026
140
09:35 / 15 Noyabr 2026
525
07:35 / 15 Noyabr 2026
238
05:50 / 15 Noyabr 2026
156
01:35 / 15 Noyabr 2026
169
01:10 / 15 Noyabr 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.