Ceki Çanın Bakıda ilk görüntüləri – VİDEO
04 Avqust 2026, 19:30
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1130
17.12.2025, 21:36
Avroviziya mahnı müsabiqəsin qalibi Nigar Camal kimdir?
Oxu24.com xəbər verir ki,Nigar Camal 7 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub.
1997-ci ildə Nizami rayonunda yerləşən 203 saylı tam orta məktəbi bitirən Nigar Camal Xəzər Universitetinin "İqtisadiyyat və menecment" fakultəsinə daxil olub və 2001-ci ildə həmin təhsil ocağını bitirib.
O, Türkiyə vətəndaşı Haluk Camal ilə ailə həyatı qurub.
Evlənəndən sonra Londonda yaşamağa başlayıb. Bu nikahdan Nigar Camalın 2006-cı il doğulmlu Jasmin və 2008-ci il doğumlu Səidə adında iki qız övladı var.
2014-cü ildə isə Nigar Camal həyat yoldaşından ayrılıb və Azərbaycana qayıdıb.
Nigar Camal 2010-cu ildə 56-cı Avroviziya mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçim turlarına qatıldı. O, seçim turunun sonuncu, 7-ci həftəsində səhnəyə çıxdı. Dekabrın 27-dən 31-nə qədər baş tutan həftənin sonunda Nigar Camal 12 ifaçı sırasında İlhamə Qasımova ilə birgə yarım-final şousuna vəsiqə qazandı. Yanvarın 10-dan 14-nə qədər keçirilən yarım-final şousunda isə Nigar Camal finala vəsiqə qazanan 5 ifaçıdan biri oldu.
“Avroviziya”da qalib gəldikdən sonra dövlət tərəfindən ona ev bağışlanıb. Bu gün Azərbaycan toylarına ən çox dəvət alan müğənnilərdən biridə Nigar Camaldır. Onun toy qonorarı 4000 manatdır.
Nigarxanım
02:26 / 05 Avqust 2026
1
01:44 / 05 Avqust 2026
34
00:41 / 05 Avqust 2026
53
00:31 / 05 Avqust 2026
62
23:55 / 04 Avqust 2026
81
23:45 / 04 Avqust 2026
84
23:10 / 04 Avqust 2026
87
22:02 / 04 Avqust 2026
109
21:57 / 04 Avqust 2026
77
21:38 / 04 Avqust 2026
102
20:43 / 04 Avqust 2026
112
20:35 / 04 Avqust 2026
170
20:20 / 04 Avqust 2026
117
19:47 / 04 Avqust 2026
113
19:30 / 04 Avqust 2026
148
18:53 / 04 Avqust 2026
88
18:49 / 04 Avqust 2026
86
18:37 / 04 Avqust 2026
132
18:23 / 04 Avqust 2026
98
18:09 / 04 Avqust 2026
82
18:00 / 04 Avqust 2026
215
17:35 / 04 Avqust 2026
105
17:30 / 04 Avqust 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.