Bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq
15 Noyabr 2026, 14:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1262
17.12.2025, 17:24
Daxili İşlər Nazirliyi Polis Akademiyasına əyani təhsilə III qrupdan “Hüquqşünaslıq” ixtisasına 500, I qrupdan “İnformasiya təhlükəsizliyi” ixtisasına 25 kursantın qəbuluna dair müsabiqə elan edir.
Oxu24.com xəbər verir ki,müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu 165 sm-dən az olmayan, yaşı 16-dan 18-dək, 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, həqiqi hərbi xidmətə yararlı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Xüsusi təhsil müəssisəsinə sənədlərin qəbulu 2026-cı ilin fevralın 22-dək namizədin daimi yaşadığı yer üzrə polis idarə və ya şöbələrində həyata keçirilir. Müsabiqədən keçən abituriyentlərin siyahısı “Hüquqşünaslıq” və ya “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə Dövlət İmtahan Mərkəzinə göndərilir.
İmtahanlar azərbaycan və rus dillərində keçirilir. Qəbul olunan abituriyentlərlə Daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanır.
Tədris azərbaycan dilindədir, müddəti 4 ildir.
Kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, Akademiyanın ərazisində yerləşən müasir standartlara tam cavab verən yataqxanada yaşayırlar.
Məzunlara “Hüquqşünaslıq və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə “polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə DİO-da müvafiq vəzifələrə təyin edilirlər.
Qəbul qaydaları haqqında daha ətraflı məlumat əldə etmək üçün (012) 454-12-78, (012) 590-97-76, (012) 590-99-47 nömrələrinə və akademiyanın 88-80 qaynar xəttinə zəng eləyə, yaxud Nazirliyin, eləcə də təhsil müəssisəsinin internet saytlarına, həmçinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərsiniz.
14:02 / 15 Noyabr 2026
7
13:27 / 15 Noyabr 2026
141
12:55 / 15 Noyabr 2026
875
12:36 / 15 Noyabr 2026
258
12:28 / 15 Noyabr 2026
113
12:11 / 15 Noyabr 2026
109
11:52 / 15 Noyabr 2026
163
11:43 / 15 Noyabr 2026
102
11:29 / 15 Noyabr 2026
120
11:20 / 15 Noyabr 2026
110
11:20 / 15 Noyabr 2026
117
11:10 / 15 Noyabr 2026
112
11:07 / 15 Noyabr 2026
675
10:50 / 15 Noyabr 2026
120
10:25 / 15 Noyabr 2026
270
10:21 / 15 Noyabr 2026
114
10:18 / 15 Noyabr 2026
109
10:12 / 15 Noyabr 2026
140
09:35 / 15 Noyabr 2026
525
07:35 / 15 Noyabr 2026
238
05:50 / 15 Noyabr 2026
156
01:35 / 15 Noyabr 2026
169
01:10 / 15 Noyabr 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.