Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib
28 Sentyabr 2026, 10:28
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
566
02.06.2026, 09:55
Qeyri-rəsmi birgə yaşadığı qadını amansızlıqla öldürməkdə ittiham olunan biznesmen Emil Ağcanov cəzadan azad edilib.
Oxu24.com xəbər vrir ki,“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin son qərarı belə olub.
48 yaşlı yaşlı Ağcanov ibtidai istintaq vaxtı keçirilən ekspert rəyləri ilə anlaqsız hesab edilmişdi. Amma onun öldürdüyü İradə Muradovanın yaxınları həmin rəylə razılaşmırdı. Onlar iddia edirdilər ki, Emil cinayəti şüurlu şəkildə törədib, indi də həbsdən yayınmaq üçün özünü psixoloji xəstə kimi göstərir.
Məhkəmə məhz bu səbəbdən bütün şübhələri aradan qaldırmaq məqsədilə təqsirləndirilən şəxsin yenidən tibbi ekspertizadan keçirilməsinə qərar verdi. Lakin həkimlərin Ağcanovun psixoloji vəziyyəti ilə bağlı rəyi eyni oldu.
Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə heyətinin yekun qərarı ilə Emil Ağcanov cinayət məsuliyyətindən və cəzadan azad edilib. O, həbs əvəzinə məcburi psixiatrik müalicəyə göndəriləcək.
Qeyd edək ki, Emil biznes fəaliyyəti ilə məşğul olub. O, “Chermington Transportation Services”, “AZRENT”, “Caspi Style” şirkətlərinin və İtaliya brendi “YAMAMAY” mağazasının sahibidir.
Bu cinayət hadisəsi isə ötən ilin yayında Yasamal rayonunda onun anasına məxsus evdə baş verib. Spirtli içki və narkotik vasitələrin təsiri altında olan Emil İradəni müxtəlif dini ayinlər etdirə-etdirə, ayətül-kürsi duası oxutdura-oxutdura boğaraq öldürüb. Daha sonra o, cəsədi evin hamam otağına aparıb, üzərinə möhür qoyaraq qucaqlayıb və səhərə qədər bu vəziyyətdə dini musiqilər dinləyib.
12:13 / 28 Sentyabr 2026
10
12:00 / 28 Sentyabr 2026
26
11:54 / 28 Sentyabr 2026
36
11:40 / 28 Sentyabr 2026
41
11:31 / 28 Sentyabr 2026
104
11:27 / 28 Sentyabr 2026
117
11:23 / 28 Sentyabr 2026
50
11:20 / 28 Sentyabr 2026
132
11:15 / 28 Sentyabr 2026
51
11:13 / 28 Sentyabr 2026
47
11:00 / 28 Sentyabr 2026
55
11:00 / 28 Sentyabr 2026
50
10:57 / 28 Sentyabr 2026
58
10:55 / 28 Sentyabr 2026
44
10:37 / 28 Sentyabr 2026
52
10:34 / 28 Sentyabr 2026
339
10:32 / 28 Sentyabr 2026
96
10:28 / 28 Sentyabr 2026
48
10:19 / 28 Sentyabr 2026
51
10:14 / 28 Sentyabr 2026
55
10:12 / 28 Sentyabr 2026
61
09:59 / 28 Sentyabr 2026
308
09:55 / 28 Sentyabr 2026
61
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.