Taksi sürücülərinə VACİB XƏBƏR
11 Noyabr 2026, 01:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3112
02.06.2026, 00:23
İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından biri olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək.
Oxu24.com "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxsləri, dəmir yolu və liman administrasiyalarının rəhbərləri iştirak edəcəklər.
Qeyd edək ki, mayın 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili tərəfindən Bakı–Tbilisi–Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb. Bu sənədlə BTQ dəmir yolu layihəsi üzrə modernləşdirmə işlərinin tamamlanması və yekun qəbulu təsdiq edilib.
2024-cü ildə ADY tərəfindən Orta Dəhlizin mühüm seqmentlərindən olan BTQ-nin imkanlarının artırılması məqsədilə xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb.
5 mərhələdən ibarət layihə 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və süni mühəndis qurğularını (körpü, yolötürücü, keçid və s.) əhatə edib. Layihə çərçivəsində 30,3 km uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin dəyişdirilməsi stansiyası, 153,1 km uzunluğunda mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiyası üzrə işlər həyata keçirilib.
Görülmüş işlər nəticəsində BTQ-nin illik yük ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb, bu xətt Çin və Mərkəzi Asiyadan Avropaya doğru daha funksional quru marşrutlardan birinə çevrilib.
01:50 / 11 Noyabr 2026
250
01:00 / 11 Noyabr 2026
174
00:31 / 11 Noyabr 2026
230
23:59 / 10 Noyabr 2026
212
23:57 / 10 Noyabr 2026
249
23:55 / 10 Noyabr 2026
672
23:53 / 10 Noyabr 2026
261
23:47 / 10 Noyabr 2026
1407
23:43 / 10 Noyabr 2026
240
23:39 / 10 Noyabr 2026
208
23:28 / 10 Noyabr 2026
414
23:27 / 10 Noyabr 2026
994
23:17 / 10 Noyabr 2026
1537
23:15 / 10 Noyabr 2026
206
23:00 / 10 Noyabr 2026
170
22:58 / 10 Noyabr 2026
207
22:55 / 10 Noyabr 2026
187
22:35 / 10 Noyabr 2026
168
22:30 / 10 Noyabr 2026
493
22:27 / 10 Noyabr 2026
143
22:19 / 10 Noyabr 2026
184
22:04 / 10 Noyabr 2026
265
21:55 / 10 Noyabr 2026
882
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.