ATXƏM sədri: “Azərbaycan-Türkiyə dostluğuna xələl gətirmək mümkün deyil”
28 Sentyabr 2026, 13:46
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1102
19.11.2025, 10:54
Xəbər verdiyimiz kimi,Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Türkiyəyə səfərə gəlir.
Rusiya ilə müharibə fonunda Zelenskinin Türkiyəyə səfəri müəyyən suallar doğurur.
Son günlər Ukrayna qüvvələrinin aktivləşdiyi,hətta, ABŞ şirkəti "Lockheed Martin Corporation" tərəfindən istehsal edilən ATACMS taktiki raket sistemlərinin birbaşa Rusiya ərazisinə qarşı zərbə endirilməsində istifadə oluması gərginliyi bir qədər də artırıb.
Zelenskinin səfər etdiyi və müharibə apardığı ölkə də Azərbaycan üçün maraqlıdır. Biri qardaş Türkiyə,digəri isə qonşu və sıx iqtisadi-siyasi əlaqələrin mövcud olduğu Rusiya.
Zelenskinin Türkiyə səfəri ilə bağlı gözləntiləri mzakirə etmək məqsədi ilə Oxu24.com siyasi şərhçi Müşfiq Abdulla ilə həmsöhbət olub.
Məsələ ilə bağlı siyasi şərhçi Oxu24.com-a açıqlamasında bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri ABŞ Prezidenti Donald Trampın xeyli müddətdir Rusiya ilə apardığı diplomatik təmasların nəticə verməməsi ilə bağlıdır:
“Macarıstanın paytaxtı Budapeştdə ABŞ və Rusiya Prezidentlərinin keçirilməsi nəzərdə tutulan görüşün baş tutmaması vaxtilə Türkiyənin vasitəçiliyi ilə yeni danışıqların aparılmasını zəruri edir. 2022-2023-cü illərdə Türkiyənin vaxtilə İstanbul danışıqları formatında apardığı müzakirələrin yenidən aktuallaşmasına səbəb olub. Məsələ burasındadır ki, Rusiya tərəfi bu danışıqlarda iştirak etmək niyyətində görünmür. Ona görə də bu danışıqlar daha çox münaqişə tərəflərinin biri ilə vasitəçi tərəflərin arasında aparılır. Keçiriləcək görüşdə Türkiyə rəsmiləri, Ukrayna Prezidenti və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff da iştirak edəcək.
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun açıqlamasından görünür ki, Rusiya hələ gözləmə mövqeyindədir. Doğrudur, rəsmi Moskva hələ görüşdə iştirak etməyəcəyini bildirsə də bu Rusiyanın görüşü boykot etməsi mənasına gəlmir. Rusiya tərəfi daha çox indiki şəraitdə gözləmə mövqeyindədir. Türkiyədə aparılacaq danışıqlardan sonra hazırlanacaq yeni yol xəritəsini Rusiyaya təqdim edəcəklər. Amma burada diqqəti çəkən məqamlardan biri Ukraynanın danışıqlarda təşəbbüskar tərəf kimi çıxış etməsidir. Çünki, indiyə qədər Ukrayna daha çox Rusiya və ABŞ tərəfindən hazırlanmış sülh modelinin müzakirəsinə maraq göstərməyib. İşğal olunmuş ərazilər azad edilənə qədər müharibənin davam etdirilməsinə üstünlük verib.
Bu prosesdə Avropa İttifaqı ona dəstək verib. İndi isə fərqli vəziyyətin yarandığını görürük. Ukrayna Prezidenti açıqlamasında bildirib ki, yenidən işlənmiş qərarlarımız var və biz bunu tərəflərə təqdim edəcəyik”.
Müsahibimiz onu da qeyd edib ki, Rusiya tərəfi görüşlərdə iştirak etməyəcəyini bildirib, etinasız yanaşsa da, Peskovun danışığından bəlli olur ki, onlar Ukraynadan cavab gözləyirlər:
“Bu baxımdan da Rusiya Ukraynanın təkliflərinə müsbət yanaşarsa, növbəti danışıqlar prosesi Türkiyədə keçirilə bilər. Bu isə Türkiyənin regionda münaqişənin həllində diplomatik rolunun artmasına gətirib çıxara bilər. Lakin Rusiya indiki şəraitdə cəbhə xəttində irəliləmək və müharibəni davam etdirmək istəyir. Ukrayna isə Rusiyaya qarşı ABŞ-nin tətbiq etdiyi sanksiyalardan, neftin kəskin şəkildə ucuzlaşmasından, LUKOİL kimi şirkətlərin iflasa uğramasından istifadə edərək Rusiyaya artan siyasi təzyiqlər fonunda öz şərtlərini diqtə etmək istəyir. Görünür, Zelenskinin Türkiyəyə apardığı yol xəritəsində də məhz bu təkliflər dayanır.
Hesab edirəm ki, hazırda Türkiyədə aparılan danışıqlar ciddi nəticə əldə olunmayacaq. Çünki, Rusiya burada iştirak etmir, daha çox Ukrayna verdiyi təkliflər öyrəniləcək, Rusiya tərəfinə çatdırılacaq. Digər tərəfdən birinci mərhələdə əldə olunacaq razılaşmalar humanitar sahədə əldə oluna bilər. Çünki, orada ən azı 1200 nəfər əsirin dəyişdirilməsi təklifi var və bu yöndə razılaşmalar əldə oluna bilər. Lakin indiki şəraitdə düşünmürəm ki, sülh prosesi ilə bağlı ciddi dönüş baş versin”,-deyə politoloq bildirib.
Çimnaz Telmanqızı
16:16 / 07 Oktyabr 2026
1
15:55 / 07 Oktyabr 2026
35
15:54 / 07 Oktyabr 2026
289
15:36 / 07 Oktyabr 2026
226
15:26 / 07 Oktyabr 2026
72
15:13 / 07 Oktyabr 2026
55
15:06 / 07 Oktyabr 2026
117
14:45 / 07 Oktyabr 2026
71
14:39 / 07 Oktyabr 2026
64
14:24 / 07 Oktyabr 2026
112
14:22 / 07 Oktyabr 2026
320
14:17 / 07 Oktyabr 2026
83
14:15 / 07 Oktyabr 2026
88
14:10 / 07 Oktyabr 2026
536
14:08 / 07 Oktyabr 2026
73
14:05 / 07 Oktyabr 2026
78
14:00 / 07 Oktyabr 2026
63
13:58 / 07 Oktyabr 2026
70
13:25 / 07 Oktyabr 2026
103
13:20 / 07 Oktyabr 2026
100
13:14 / 07 Oktyabr 2026
582
13:12 / 07 Oktyabr 2026
99
13:10 / 07 Oktyabr 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.