ATXƏM sədri: “Azərbaycan-Türkiyə dostluğuna xələl gətirmək mümkün deyil”
28 Sentyabr 2026, 13:46
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
2722
08.11.2025, 20:21
"Açığını deyim ki, bu cinayətlərlə bağlı bizim istintaq orqanlarına bütün işlər məlumdur. Sadəcə, bəzi cinayətlərdə şərəf və ləyaqətlə bağlı olan məsələlər var və biz onları açıqlamırıq. Qalan bütün məsələlər barədə xalqımıza açıq məlumat veririk".
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev "Xalq Qəzeti" nə verdiyi müsahibəsində hazırda məhkəmə prosesləri davam edən erməni əsilli şəxslərin məhkəməsindən danışarkən deyib.
"Bu cinayətlərlə bağlı bizdə qaranlıq məqamlar, demək olar ki, yoxdur. Bütün cinayətlərin təhqiqatı aparılıb, faktlar aşkar olunub və bizə məlumdur. Bu barədə də biz media üzərindən cəmiyyətimizi kifayət qədər məlumatlandırmışıq. Bir faktı diqqətə çatdırmaq istərdim və yəqin bilirəm ki, bu, ictimaiyyətin marağında olan məsələdir. 1980-ci illərin ortalarından son dövrə qədər prokurorluq və ayrı-ayrı istintaq orqanlarında 2548 cinayət işi açılmışdır. 2023-cü ildə antiterror tədbirlərindən sonra qondarma “DQR”in rəhbərləri və digər şəxslər məsuliyyətə alınandan sonra, Baş Prokurorluq bütün bu işləri bir icraatda birləşdirdi. Həm Hərbi Prokurorluqdan, həm digər istintaq qruplarından o işləri götürüb Baş Prokurorluqda birləşdirdik və bütün bu işlər üzrə istintaq hərəkətləri aparıldı. Bu işdə Baş Prokurorluğun rəhbərliyi altında çalışan Dövlət Təhlükəsizlik Xidməti orqanlarını, Daxili İşlər Nazirliyini, Dövlət Gömrük Komitəsini və eyni zamanda, xüsusi olaraq Hərbi Prokurorluğu qeyd etmək istərdim. Nə üçün Hərbi Prokurorluğun adını ayrıca çəkirəm? Çünki Azərbaycan Hərbi Prokurorluğunda xüsusi istintaq şöbəsi vardı və bu şöbə bilavasitə Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətlərin istintaqı ilə məşğul idi. Bu növ cinayətlərlə bağlı bütün materiallar orada toplanırdı",-deyə Kamran Əliyev bildirib.
Geniş müsahibəni videodan izləyə bilərsiniz:
16:03 / 08 Oktyabr 2026
49
15:55 / 08 Oktyabr 2026
40
15:32 / 08 Oktyabr 2026
630
15:30 / 08 Oktyabr 2026
514
15:16 / 08 Oktyabr 2026
91
15:15 / 08 Oktyabr 2026
57
15:10 / 08 Oktyabr 2026
47
15:00 / 08 Oktyabr 2026
91
14:54 / 08 Oktyabr 2026
330
14:46 / 08 Oktyabr 2026
59
14:43 / 08 Oktyabr 2026
69
14:40 / 08 Oktyabr 2026
76
14:15 / 08 Oktyabr 2026
82
14:05 / 08 Oktyabr 2026
78
14:00 / 08 Oktyabr 2026
68
13:55 / 08 Oktyabr 2026
72
13:47 / 08 Oktyabr 2026
8603
13:34 / 08 Oktyabr 2026
95
13:29 / 08 Oktyabr 2026
187
13:26 / 08 Oktyabr 2026
82
13:25 / 08 Oktyabr 2026
89
13:20 / 08 Oktyabr 2026
74
13:14 / 08 Oktyabr 2026
272
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.