Əli Kərimli Ramiz Mehdiyevlə görüşməyi ondan xahiş edibmiş — SENSASSİYALI FAKTLAR
30 Noyabr 2025, 11:36
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1462
08.11.2025, 18:57
Zəfər Gününün Kölgəsində: İki Oğul, Bir Ana və Millətin Qüruru
Bu gün Azərbaycan tarixinin qızıl hərflərlə yazılmış səhifəsidir. Zəfər Gününün 5 ili tamam olur.
Beş il əvvəl bu gün, xalqımızın iradəsi, birliyi və inamı Vətən torpağını işğaldan azad etdi. O möhtəşəm gün, Şuşanın azad edildiyi gün, milli qürurun və dirçəlişin başlanğıcı oldu.
Azərbaycan əsgərinin addımı ilə Şuşa qayalarında səslənən “Qarabağ Azərbaycandır!” nidasi təkcə bir şəhərin deyil, bütün bir millətin qalxışının sədası idi. O gündən bəri hər 8 noyabr bizə daha yaxşı xatırladır ki, bu torpaq yalnız mərdliyin, sədaqətin və şəhid qanının hesabına azaddır.
Oxu24.com qələbədə əməyi olan şəxslərlə bağlı silsilə yazıları təqdim edir.
Bu dəfə qəhrəman şəhidlərimiz İntiqam və Nurlan Əsgərli qardaşlarından bəhs edəcəyik.
Amma hər böyük qələbənin arxasında anaların duaları və övladlarına verdikləri sonsuz güc dayanır. Vətən uğrunda döyüşən igidlərin arxasında isə onların fədakar anaları var. Əsgərovova Ziba xanım da həmin analardandır.
Masallı rayonu, Viləş kəndinin şəhidləri olan İntiqam və Nurlan Əsgərlinin anası olan Ziba xanım deyir:
“Hər bir ananın arzusudur ki, övladı xalqına və dövlətinə layiq, mərd bir insan olsun. Mən də iki oğul böyütdüm. Uşaqlarıma ilk gündən Allaha inamı, xalqa sevgini və Vətənə bağlılığı aşıladım.”
Ziba xanım o günləri belə xatırlayır:
“Aprel döyüşləri başlayanda hər iki oğlum silaha sarıldı. O döyüşlərdə göstərdikləri igidliklə fəxr etdim. Bu qələbə döyüşündə oğlum Nurlan şəhid, digər oğlum İntiqam isə şahid oldu. Nurlan son nəfəsində qardaşına deyib ki:
"Qardaş, kaş ki, Şuşaya bayraq sancılandan sonra şəhid olaydım".
O andan İntiqamın həyatında qardaşının arzusunu yerinə yetirmək və torpaqlarımızın azadlığı uğrunda savaşmaq məqsədi doğuldu.
Hər iki oğlum hərbçi idi. İntiqam tez-tez deyərdi:
“Bizim ordumuz çox güclüdür. Ali Baş Komandan əmr versə, qələbə bizimlə olacaq".
Onun inamı, Vətən eşqi mənim qəlbimə də güc verirdi. 2020-ci ilin sentyabrında evə gəldi və dedi:
“Ana, səndən halallıq almağa gəlmişəm.”
Sanki ürəyimə dammışdı. Dedim ki,
Haqqım sənə halal olsun, oğul… Amma niyə belə dedin?
O, gülümsədi:
“Düşmən yenə təxribat törədir. Amma Ali Baş Komandan əmr versə, biz mütləq qalib gələcəyik".
Həmçinin oxuyun
O gəliş onun son gəlişi imiş. Oktyabrın 5-də İntiqamdan zəng gəldi, səsində həm yorğunluq, həm qürur vardı:
“Qələbəmiz var, ana.”
Amma müharibənin sonuna yaxın ondan xəbər kəsildi. Şəbəkə yoxdur dedilər… Zənglərimiz cavabsız qaldı. Qələbə xəbəri gəldi, bayrağımız ucaldı — amma İntiqamdan xəbər yox idi. Yenidən ata olacağını bilirdi, amma övladının cinsiyyətini bilmirdi. Oğlum şəhid olduqdan sonra, oğlu dünyaya gəldi. Adını atasının şərəfinə İntiqam qoyduq.
16 noyabrda xəbər gəldi ki, “İntiqam şəhid olub.”
Bir ana üçün iki oğlunu torpağa vermək — bu ağrının adı yoxdur. Amma həmin günlərdə dövlətimiz, xalqımız, mərd insanlar və dostlar bizi tək qoymadı. Bizə dayaq oldular, güc verdilər, ayaqda durmağa kömək etdilər.
Həm qələbənin sevincini, həm oğlumun şəhidliyini eyni gündə yaşamaq… bu, sözlə ifadə olunmayan bir hissdir. Amma mən özümə söz verdim: düşmən bizi ağlayan, sınan, bükülən görməməlidir. Mən dik dayanmalıyam. Oğullarımın ruhu qarşısında başımı dik tutmalıyam.
Hər iki oğlum mənim nağıllarımın qəhrəmanları idi. Bilirsiniz, nağıl qəhrəmanları uzun yaşamaz — amma onların adları dillərdə dolaşar, dastana çevrilər. Nurlan da, İntiqam da o qəhrəmanlardandır.
Bu gün Qarabağda dalğalanan hər bayrağın kölgəsində onların da ruhu var. O bayraq ən uca zirvələrə layiqdir.
Zəfər Günü yalnız bir ordunun deyil, bütün bir xalqın möhtəşəm dirənişinin, şəhid qanı ilə yazılmış qürur tarixidir. Oğullarım torpağa qovuşdu, amma adları xalqın yaddaşında, Vətən torpağında əbədi yaşadı.
Allah Ali Baş Komandanımızı, ordumuzu, yurdumuzu qorusun. Dünən Ali Baş Komandan İntiqamı “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq gördü. Aprel şəhidi Nurlanıma isə “Vətən uğrunda” medalı verildi.
Pərvin Şakirqızı
10:34 / 05 Dekabr 2025
21
10:30 / 05 Dekabr 2025
21
10:18 / 05 Dekabr 2025
17
10:15 / 05 Dekabr 2025
17
10:13 / 05 Dekabr 2025
37
10:10 / 05 Dekabr 2025
21
09:35 / 05 Dekabr 2025
636
00:28 / 05 Dekabr 2025
86
00:24 / 05 Dekabr 2025
98
00:20 / 05 Dekabr 2025
71
00:17 / 05 Dekabr 2025
89
00:11 / 05 Dekabr 2025
68
23:54 / 04 Dekabr 2025
515
23:46 / 04 Dekabr 2025
2151
23:22 / 04 Dekabr 2025
79
23:18 / 04 Dekabr 2025
313
23:13 / 04 Dekabr 2025
971
22:54 / 04 Dekabr 2025
83
22:47 / 04 Dekabr 2025
379
22:40 / 04 Dekabr 2025
80
22:26 / 04 Dekabr 2025
497
22:21 / 04 Dekabr 2025
83
22:19 / 04 Dekabr 2025
80
21:27 / 04 Dekabr 2025
1824
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.