“Mənə kazino üçün icazə yox, söz verilsə idi…” — Hacı İbrahimdən SENSASİON AÇIQLAMA
09 İyul 2025, 08:16
Qaynar xətt:
(+99450) 247 90 86KOB-ların gələcəyi şəbəkə marketlərinin işığında: Ərzaq təhlükəsizliyində müstəsna rol
MÜSAHİBƏ
1090
03.05.2025, 10:23
Bu gün Azərbaycanda pərakəndə sektorun, xüsusilə də şəbəkə marketlərinin kiçik və orta biznesin inkişafına təsiri getdikcə aktuallıq qazanır.
Şəbəkə marketləri geniş satış imkanları təqdim etməklə kiçik və orta sahibkarlara məhsullarını daha geniş auditoriyaya çatdırmaq fürsəti yaradır. Eyni zamanda, şəbəkə marketlərinin qiymət siyasəti və iri həcmdə tədarük tələbləri KOB-lar üçün rəqabəti qızışdırır.
Şəbəkə marketlərindən danışırıqsa, bu fonda mühüm məsələlərdən birinə – ərzaq təhlükəsizliyi nüansına mütləq toxunmalıyıq. Şəbəkə marketləri ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Onlar məhsulların mənşəyinin izlənə bilməsini, saxlanma şəraitinə riayət olunmasını və keyfiyyətə nəzarəti asanlaşdırır. Eyni zamanda, bu marketlərdə tez-tez aparılan nəzarətlər və standartlara uyğunluq istehlakçılara daha təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları təklif edilməsinə şərait yaradır.
Mövzu haqda təfərrüatı ilə yazmazdan əvvəl gəlin statistik göstəricilərə nəzər yetirək.
Azərbaycanda şəbəkə marketləri bazarının həcmi 2023-cü ildə daha da artıb. 2024-cü ilin dekabr ayında isə ərzaq məhsullarının qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5.5% artıb. Ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə 2024-cü il dövlət büdcəsindən 500 milyon manat ayrılıb. Bu vəsait suvarma sistemlərinin inkişafı və daxili istehsalın artırılması üçün istifadə ediləcək.
Rəqəmlər görə, bu gün Azərbaycan ərzaq təhülkəsizliyi üzrə statistikada 64.8 xalla 113 ölkə arasında 53-cü yerdədir. Bu göstərici ərzaq əlçatanlığı, keyfiyyəti və davamlılıq kimi sahələrdə ölkənin vəziyyətini əks etdirir.
KOB-ların gələcəyi şəbəkə marketlərinin işığında: Ərzaq təhlükəsizliyində müstəsna rol
***
Son illər əzində ölkəmizdə şəbəkə marketlərinin sürətlə artması əhalinin gündəlik tələbat mallarına çıxışını asanlaşdırsa da, bir o qədər də ərzaq təhlükəsizliyi məsələsini göz önünə gətirir, aktuallaşdırır. Bu gün istehlakçıların ərzaq məhsullarına olan tələbləri yalnız əlçatanlıqla məhdudlaşmır. Bu mənada, məhsulların keyfiyyəti və təhlükəsizliyi də əsas məqamlardan hesab olunur.
Şəbəkə marketləri həm geniş məhsul çeşidi, həm də satış həcmi baxımından istehlak bazarında mühüm rol oynayır və buna görə də onların ərzaq təhlükəsizliyi standartlarına əməl etməsi xüsusi əhəmiyyət daşıyır.
Ərzaq təhlükəsizliyindən danışırıqsa, məhsulun istehsalından tutmuş, satış məntəqəsinə qədər olan bütün mərhələlərdə gigiyena və keyfiyyət normalarına riayət olunması nüanslarına mütləq toxunmalıyıq. Çünki ərzaq təhlükəsizliyi insanların sağlamlığı üçün son dərəcə vacibdir. Məlumdur ki, qida məhsullarının təmiz və təhlükəsiz olması xəstəliklərin qarşısını alır. İstehsal, daşınma, saxlanma və satış mərhələlərində gigiyena qaydalarına riayət olunmaması ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Hansı ki, bu barədə qida və ələlxüsus tibb sahəsinin mütəxəssisləri tez-tez xəbərdarlıq edir, bəzi hallarda isə həyəcan təbili çalınır.
Hər bir ərzaq məhsulu istehlakçının süfrəsinə gələnədək ciddi nəzarət və yoxlamadan keçməlidir. Buna görə də istehlakçılar da ərzaq alarkən məhsulun etiketinə, son istifadə tarixinə və saxlanma şəraitinə diqqət etməlidirlər. İstehlakçının hüququ onun təhlükəsiz və keyfiyyətli məhsul almasına zəmanət verən mövcudluğunu tələb edir və bu, həm marketlərin, həm də nəzarətçi qurumların üzərinə böyük məsuliyyət yükləyir.
Bəs bu gün Azərbaycanda şəbəkə marketlərinin ərzaq təhlükəsizliyində rolu nə qədərdir?
Suallarımıza cavab tapmaq üçün Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynovaya müraciət etdik.
"Şəbəkə marketlərinin olması qida təhlükəsizliyinin, eyni zamanda, onların qida zəncirində mənşəyi bəlli olan firma və şirkətlərlə çalışması birmənalı şəkildə istehlakçıların təhlükəsizliyini qorumaq məqsədi daşıyır"
Həmçinin oxuyun
"Bu gün qida və xüsusilə də qidanın təhlükəsiz şəkildə əldə olunması, demək olar ki, hər bir istehlakçının hüququdur. Artıq inkişaf edən bir dövrdə yaşayırıq. Belə olan halda azad bazar iqtisadiyyatının inkişafına dəstək üçün sahibkarlara yaradılan şəraitdən bəzən onlar da düzgün istifadə edə bilmir ki, burada da asan qazanc əldə etmək üçün daha ucuz xammal və keyfiyyəti, mənşəyi məlum olmayan qidalar satışa çıxarırlar. Bunun nəticəsində də bəzi istehlakçılar belə qidaları qəbul etdikdən sonra ya anında zəhərlənmə, immun sisteminin aşağı düşməsi və bir çox xroniki xəstəliklərə yaxalanma riskinin artması ilə üzləşirlər. Ona görə də bu gün marketlər, ələlxüsus şəbəkə marketlərinin olması qida təhlükəsizliyinin, eyni zamanda, onların qida zəncirində mənşəyi bəlli olan firma və şirkətlərlə çalışması birmənalı şəkildə istehlakçıların təhlükəsizliyini qorumaq məqsədi daşıyır.
Bu gün şəbəkə marketləri ərzaq təhlükəsizliyi məsələsində əsasən mərkəzləşmiş nəzarət funksiyasını həyata keçirirlər. Bu gün inkişaf etmiş ölkələrdə, o cümlədən Azərbaycanda da yavaş-yavaş bu sistemə keçilir. Belə ki, bütün məhsulların tarladan süfrəyədək, istehsalçıdan istehlakçıya qədər izlənə bilməsi, onun mənşəyinin haradan, hansı şəraitdə gəldiyini, istehsal müddətinin nə qədər olduğunu bilmək üçün xüsusi barkod və QR kodlar var. Ki, bu da hazırda çox yayılmasa da, artıq son dövrlərdə bu prosesə də başlanılıb. Xüsusilə də premium qidalarda bu qaydalara riayət olunur. Hansı ki bu qidalara da məhz böyük şəbəkə marketlərində rast gəlinir".
Məhsəti xanım şəbəkə marketləri ilə xırda marketlər arasındakı fərqdən də söz açıb:
"Şəbəkə marketlərində bu kimi məqamlara nadir hallarda rast gəlmək olar"
"Məhsulların saxlanılması, vitrinə çıxarılması, "soyuq zəncir" prinsipinə əməl olunması, anbarda düzgün qaydada saxlanılması texnologiyası şəbəkə marketlərində daha çox diqqətlə izlənilir. Bu gün bir çox xırda marketlərdə soyuducularda fərqli-fərqli məhsullar saxlanılır. Ki, bu da məhsulun keyfiyyətinə təsir göstərir. Lakin şəbəkə marketlərində bu kimi məqamlara nadir hallarda rast gəlmək olar. Burada əsas fərqlərdən biri də odur ki, məsələn, kənd təsərrüfatı məhsulları bazardan alınır və onlar xırda marketlərdə üzərinə müxtəlif qiymətlər qoyularaq istehlakçılara təqdim edilir. Lakin şəbəkə marketləri mərkəzləşmiş sistemdə fəaliyyət göstərir və qiymətlər bir nöqtədən idarə olunur, təyin edilir. Eyni zamanda, bütün məhsullarda tələb və təklif prinsipləri var. Bu da balansı daha çox analiz edərək, rəqəmsal idarəetmə sistemlərinə uyğun şəkildə həyata keçirilir. Bu da həm qida israfının azalmasına gətirib çıxarır, həm də ərzaq təhlükəsizliyi probleminin aradan qaldırılmasında mühüm rol oynayır. Bir çox hallarda burada xarici yox, yerli məhsullara rəflərdə yer verilməklə daxili məhsulların tanıtımı reallaşır. Bu da məhz şəbəkə marketlərində həyata keçirilir".
Mövzu ilə bağlı bir məsələyə də toxunaq. Bu gün AQTA və digər tənzimləyici qurumların şəbəkə marketlərinin inkişafında rolunu da qabartmalıyıq.
Son illərdə Azərbaycanda şəbəkə marketlərinin sayı sürətlə artır. Bu sahədə rəqabət və xidmət keyfiyyəti də yüksələn xətlə inkişaf edir. Bu inkişafda dövlətin müvafiq tənzimləyici orqanlarının - xüsusilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, habelə vergi orqanlarının mühüm rolu vardır.
AQTA-nın əsas funksiyalarından biri əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsidir. Şəbəkə marketləri böyük həcmdə və müxtəlif çeşiddə məhsul təklifi ilə fərqləndiyindən, sözügedən qurumun nəzarəti bu marketlərin etibarlı fəaliyyətinə zəmin yaradır. Agentlik tərəfindən aparılan mütəmadi monitorinqlər, laboratoriya analizləri və maarifləndirmə tədbirləri nəticəsində marketlərdə satılan məhsulların standartlara uyğunluğu təmin olunur.
Bundan başqa, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti şəbəkə marketlərində rəqabət mühitini qorumaq, haqsız ticarət təcrübələrinin qarşısını almaq və istehlakçı hüquqlarını müdafiə etmək istiqamətində fəal çalışır. Bu isə sahibkarlar arasında sağlam rəqabətə, daha keyfiyyətli xidmət və daha münasib qiymət təkliflərinə yol açır.
Vergi orqanlarının şəffaf mühasibat və qeydiyyat tələbləri isə şəbəkə marketlərinin leqal və mütəmadi fəaliyyətini təşviq edir. Bu, həm də dövlət büdcəsinə vergi daxilolmalarının artmasına töhfə verməmiş deyil.
Xülasə, AQTA və digər requlyator qurumlar vasitəsilə formalaşan güclü nəzarət və tənzimləmə mexanizmləri şəbəkə marketlərinin daha sağlam, dayanıqlı və istehlakçı yönümlü şəkildə inkişafına mühüm dəstək verir.
Yazı Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.
01:00 / 22 İyul 2025
Rusiyada ard-arda güclü zəlzələlər oldu
29
00:26 / 22 İyul 2025
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
97
23:38 / 21 İyul 2025
İsti havada səhnə geyimi bəyənilmədi
90
23:27 / 21 İyul 2025
AZAL təyyarəsini vuran şəxsin - FOTOSU
115
22:28 / 21 İyul 2025
Razılıq əldə olundu - “Patriot”lar Ukraynaya göndərilir
34
22:00 / 21 İyul 2025
Bakıda gənc motosiklet qəzasında öldü, sürücü ayaqlarını itirdi
43
21:15 / 21 İyul 2025
Novxanı çimərliyində növbəti bədbəxt hadisə
51
20:59 / 21 İyul 2025
Britaniyadan Rusiyaya ağır sanksiya
50
20:46 / 21 İyul 2025
"Həmin müğənnilər "qara siyahı"dadır"
54
20:36 / 21 İyul 2025
Azərbaycanda qəribə hadisə - Atasının cinsi qadın kimi qeyd olundu
63
20:23 / 21 İyul 2025
Yerin altında həcmi 200 milyon ton olan enerji anbarı tapıldı: Harda yerləşir?
54
20:16 / 21 İyul 2025
Polşada Avropanın ən böyük neft və qaz yataqlarından biri kəşf edildi
57
19:40 / 21 İyul 2025
Prezident İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mediasının diqqət mərkəzindədir
53
19:25 / 21 İyul 2025
Süni intellekt "whatsapp" mesajlarımızı oxuya bilər? - Şəxsi məlumatlar təhlükədə
57
19:14 / 21 İyul 2025
Tramp Obamanın "həbs"dən VİDEOsunu paylaşdı
60
18:54 / 21 İyul 2025
Alma yeyən əsgəri vuran gizir cəzalandırıldı
65
18:49 / 21 İyul 2025
Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması
172
18:26 / 21 İyul 2025
Bu həftə dəhşətli maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
68
17:53 / 21 İyul 2025
Azərbaycan Prezidentinin köməkçisinin adından saxta açıqlama yayılıb
218
17:49 / 21 İyul 2025
Prezident milli mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrini təltif edib
81
16:40 / 21 İyul 2025
Ukrayna Rusiya pilotsuz təyyarələrinin öhdəsindən gələ bilmir
72
16:34 / 21 İyul 2025
DTX tərəfindən saxlanılan “Abu Malik”in - Fotosu
495
16:20 / 21 İyul 2025
Çərpələng uçuşu qadağan edildi
77
16:12 / 21 İyul 2025
Putin fərman imzaladı
89
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.