Kim Çen İnın beyin qanaması keçirdiyi və komada olduğu iddia edilir
19 Oktyabr 2026, 23:56
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
2411
21.07.2025, 14:35
Rusiya tərəfi AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan istintaq hərəkətlərinin nəticəsini gözləyir.
Oxu24.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.
O, AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı Bakının Rusiyaya qarşı beynəlxalq məhkəmələrə təqdim etmək üçün sənədlər hazırladığını deyən Azərbaycan prezidenti İlham Əliyevin sözlərinə belə münasibət bildirib.
“Əgər Azərbaycan belə bir qərar qəbul edərsə, bu, Azərbaycanın hüququdur, biz bütün proseslərdən və aparılan araşdırmalardan rəsmi hökm gözləyəcəyik”, - Peskov bildirib.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb.
Dövlətimizin başçısı bildirib: “Təəssüf ki, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Artıq bu hadisədən yeddi ay keçib. Bizim üçün hər şey aydındır, nə baş verdiyini bilirik. Biz bunu sübut edə bilərik və bilirik ki, Rusiya rəsmiləri də məsələdən xəbərdardırlar. Onlar da nə baş verdiyini gözəl bilirlər. Sual olunur: niyə görə onlar (Rusiya tərəfi — red.) analoji halda hər bir qonşunun etməli olduğu hərəkəti etmədi? Bizim tələbimiz təbii idi - Rusiya tərəfi öz günahını etiraf etsin, təyyarəmizi vuranlar cəzalandırılsın, qəzada həlak olmuş və yaralanmış şəxslərin ailələrinə, eləcə də AZAL-ın təyyarəsinə görə təzminat ödənilsin”.
Miri
00:26 / 20 Oktyabr 2026
48
00:19 / 20 Oktyabr 2026
72
23:56 / 19 Oktyabr 2026
77
23:45 / 19 Oktyabr 2026
71
23:40 / 19 Oktyabr 2026
70
23:36 / 19 Oktyabr 2026
91
23:36 / 19 Oktyabr 2026
89
23:34 / 19 Oktyabr 2026
77
23:30 / 19 Oktyabr 2026
92
23:30 / 19 Oktyabr 2026
109
23:27 / 19 Oktyabr 2026
73
23:26 / 19 Oktyabr 2026
90
23:24 / 19 Oktyabr 2026
265
23:20 / 19 Oktyabr 2026
85
23:16 / 19 Oktyabr 2026
76
23:10 / 19 Oktyabr 2026
76
23:04 / 19 Oktyabr 2026
74
23:03 / 19 Oktyabr 2026
75
22:25 / 19 Oktyabr 2026
150
22:22 / 19 Oktyabr 2026
80
22:11 / 19 Oktyabr 2026
95
22:06 / 19 Oktyabr 2026
261
21:37 / 19 Oktyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.