Almaniyanın XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət edib - Fotolar
17 Noyabr 2026, 18:38
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
759
21.07.2025, 23:27
Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin 2024-cü ilin 25 dekabrında Qroznı səmasında vurulması ilə bağlı sensasion məlumat yayılıb.
Oxu24.com xəbər verir ki, “Minval Politika” resursu Rusiyanın 14-cü Hava və Hava Hücumundan Müdafiə Ordusunun 80-ci zenit-raket alayında xidmət edən hərbi qulluqçunun şəklini əldə edib və onun adını ifşa edib.
Məlumata görə, təyyarəyə atəş açan döyüş ekipajına Dmitri Sergeyeviç Paladiçuk rəhbərlik edib. O, “Pantsir-S” zenit-raket-artilleriya kompleksinin 274 saylı döyüş maşınının baş hesablayıcısıdır. Paladiçuk 14-cü ordunun mobil ehtiyat qüvvələrinə daxil olan 80-ci zenit-raket alayının 1-ci divizionunda xidmət edir (hərbi hissə №75564).
Məlumata əsasən, məhz onun idarə etdiyi ekipaj 25 dekabr 2024-cü il tarixində AZAL təyyarəsinə ölümcül zərbə endirib.
Hadisədən artıq 7 aydan çox vaxt keçsə də, bu günədək nə Rusiya tərəfi məsuliyyəti boynuna alıb, nə də təyyarənin vurulmasında birbaşa iştirak etmiş hər hansı hərbçi cəzalandırılıb. Bu isə Azərbaycanın ictimai rəyində ciddi hiddət doğurur.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 19 iyulda verdiyi açıqlamada bu hadisə ilə bağlı Rusiyaya qarşı beynəlxalq məhkəmələrdə iddiaların hazırlanmaqda olduğunu bəyan etmişdi.
Rusiyanın bu ağır cinayəti ört-basdır etməyə çalışdığı bir vaxtda Paladiçukun şəxsiyyətinin ifşa olunması məsələnin yenidən beynəlxalq gündəmə daşınmasına və hüquqi təzyiqlərin artmasına səbəb ola bilər.
18:53 / 17 Noyabr 2026
1
18:50 / 17 Noyabr 2026
9
18:40 / 17 Noyabr 2026
82
18:38 / 17 Noyabr 2026
38
18:28 / 17 Noyabr 2026
62
18:21 / 17 Noyabr 2026
72
17:59 / 17 Noyabr 2026
85
17:49 / 17 Noyabr 2026
82
16:51 / 17 Noyabr 2026
108
16:34 / 17 Noyabr 2026
113
16:29 / 17 Noyabr 2026
109
16:21 / 17 Noyabr 2026
125
16:12 / 17 Noyabr 2026
108
15:57 / 17 Noyabr 2026
128
15:43 / 17 Noyabr 2026
146
15:12 / 17 Noyabr 2026
140
15:07 / 17 Noyabr 2026
141
14:52 / 17 Noyabr 2026
182
14:35 / 17 Noyabr 2026
186
14:15 / 17 Noyabr 2026
139
14:02 / 17 Noyabr 2026
173
13:57 / 17 Noyabr 2026
163
13:45 / 17 Noyabr 2026
170
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.