Qaynar xətt:

(+99450) 247 90 86

Razılıq əldə olundu - “Patriot”lar Ukraynaya göndərilir

Razılıq əldə olundu - “Patriot”lar Ukraynaya göndərilir

DÜNYA

614

21.07.2025, 22:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Almaniya yaxın vaxtlarda iki "Patriot" hava hücumundan müdafiə sistemini Ukraynaya göndərməyə hazırlaşır.

Oxu24.com  xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Almaniya ABŞ-nin keçmiş Prezidenti Donald Tramp administrasiyası ilə bu sistemlərin yeniləri ilə əvəz olunması məsələsində prinsipial razılıq əldə edib.

Razılaşmaya əsasən, Almaniya Ukraynaya iki "Patriot" batareyası göndərəcək, əvəzində həmin sistemlər ABŞ-ın sənaye ehtiyatlarından təmin ediləcək.