Bu ölkə də Rusiya əleyhinə ÇIXDI: Regionun taleyi sual altındadır - POLİTOLOQLA MÜSAHİBƏ
13 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
3334
05.03.2025, 20:26
Əməkdar artist, Akademik Milli Teatrın aktrisası Mehriban Xanlarova Kulis.az saytına müsahibə verib.
Oxu24.com xəbər verir ki,aktrisa müsahibəsində başına gələn maraqlı hadisəyə toxunub.
Müsahibənin həmin hissəsini təqdim edirik:
Mehriban Xanlarovanın İrana girişi niyə qadağan olunub?
- İrana girişiniz qadağan olunmuşdu? Qadağa hələ də qüvvədədir?
- Elə yaxşı yadıma saldınız. Tamam unutmuşdum, inanırsınız?
Bilmirəm səbəbini. Nə bura nəsə deyir, nə də ora. Getmədiyim yer qalmadı. Pandemiya düşdü, dayandım.
Məsələn, Naxçıvana gedəndə bilirəm ki, qoymayacaqlar. Şərt deyil ki, təyyarə ilə gedim. Avtobusla da gedə bilərəm. İndi gedəcəm nazirliyə, xahiş eləyəcəm ki, bu məsələyə baxılsın.
- Təxmin eləyirsiniz səbəbini?
- Vallah, yox. Bir ara anam, bacım, qardaşım xəstə oldu, çox gedib-gəldim.
Hətta bir dəfə Azərbaycan gömrüyü məni narkotikə görə saxlamışdı. Dedilər ki, keç otağa. Orda özümdən çıxdım. Dedim ki, siz kimi yoxlayırsınız? Dedim, çantalarım oradadır. Dedilər ki, yox, daxili yoxlanmalar lazımdır. Dedim, yoxlanmalı insanlar qalıb qıraqda, mən boyda sənətkarı yoxlayırsınız.
Həmçinin oxuyun
- Yoxladılar?
- Yox. Buraxdılar.
- Bəlkə, elə ona görə olub?
- Bizimki ilə problemim yoxdur. İranladır problem. Bir dəfə gedəndə dedilər, olmaz. Səbəb? Heç nə yoxdur. Elə bil ki, gestapodurlar.
- İranla bağlı çıxışlarınız olmayıb? Bəzi sənətçilərin var.
- Yox, olmayıb. Mən, sadəcə, həkimə getmişəm. Faringitim var idi. Bir də ailəm üçün getmişəm.
12:33 / 17 Dekabr 2025
63
12:30 / 17 Dekabr 2025
31
12:27 / 17 Dekabr 2025
27
12:22 / 17 Dekabr 2025
22
12:08 / 17 Dekabr 2025
464
12:00 / 17 Dekabr 2025
34
11:51 / 17 Dekabr 2025
158
11:29 / 17 Dekabr 2025
126
11:22 / 17 Dekabr 2025
129
11:16 / 17 Dekabr 2025
53
11:09 / 17 Dekabr 2025
242
11:07 / 17 Dekabr 2025
51
10:57 / 17 Dekabr 2025
47
10:51 / 17 Dekabr 2025
82
10:42 / 17 Dekabr 2025
53
10:36 / 17 Dekabr 2025
1237
10:21 / 17 Dekabr 2025
56
10:15 / 17 Dekabr 2025
55
10:14 / 17 Dekabr 2025
50
09:01 / 17 Dekabr 2025
485
08:45 / 17 Dekabr 2025
60
07:45 / 17 Dekabr 2025
75
07:38 / 17 Dekabr 2025
74
01:40 / 17 Dekabr 2025
114
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.