Bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq
15 Noyabr 2026, 14:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
754
17.12.2025, 10:51
Milli Azadlıq Hərəkatının liderlərindən biri, Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyi hamı əslən naxçıvanlı kimi tanıyır. Rəsmi sənədlərə görə, Əbülfəz Əliyev (Elçibəy) 1938-ci ilin 24 iyununda Naxçıvan MR Ordubad rayonunun Kələki kəndində anadan olub. Orta məktəbi də Ordubadda bitirib.
Amma çoxlarının naxçıvanlı olaraq tanıdığı Əbülfəz Elçibəy əslən Muxtar Respublikadan deyilmiş.
Oxu24.com xəbər verir ki, Elçibəyin qardaşı oğlu Hürrü Əliyev Modern.az-a açıqlamasında əslən naxçıvanlı olmadıqlarını təsdiqləyib. O bildirib ki, Əbülfəz Elçibəyin həm ana, həm də ata tərəfi fərqli bölgələrdəndir. Yəni hər iki tərəf naxçıvanlı deyil:
“Ana tərəfimiz Qərbi Azərbaycandan - Qafan rayonunun Pirdavdan kəndindəndir. Bu dəqiqdir. Onlar keçən əsrin əvvəllərində - 1915-ci illərdə Qərbi Azərbaycandan Ordubadın Kələki kəndinə köçüblər. Burada da nənəmlə babam ailə həyatı qurublar”.
Hürrü Əliyev ata tərəfdən Güney Azərbaycandan - Ərdəbildən olduqlarını qeyd edib:
“Bizim ata tərəfdən soyumuz Güney Azərbaycandandır. Kökümüz Ərdəbildəndir. Ata babalarımız əvvəlcə Ərdəbildən Xoyun Zunuz kəndinə, oradan da Naxçıvanın Kələki kəndinə köçüblər. Ata soyumuz Səfəvilər təriqətinin əsasını qoyan Şeyx Səfiəddinin Ərdəbilininin xələflərindəndir. Bizim ulu babamız Şeyx Sədrəddindir. 500 illik soy şəcərəmizin rəsmi dəri üzərində ərəbcə yazılmış forması bu dəqiqə Əbülfəz Elçibəyin ev muzeyində saxlanılır.
Mən özüm də soyumuzun kökü ilə maraqlanırdım ki, Əbülfəz Elçibəy kimi qeyri-adi adam necə yetişib... Elçibəy seyid nəslindəndir. Lakin biz seyid nəslindən olduğumuzu göstərən “mir” sözönünü götürməmişik”.
14:19 / 15 Noyabr 2026
1
14:02 / 15 Noyabr 2026
122
13:27 / 15 Noyabr 2026
165
12:55 / 15 Noyabr 2026
972
12:36 / 15 Noyabr 2026
272
12:28 / 15 Noyabr 2026
119
12:11 / 15 Noyabr 2026
117
11:52 / 15 Noyabr 2026
169
11:43 / 15 Noyabr 2026
109
11:29 / 15 Noyabr 2026
124
11:20 / 15 Noyabr 2026
114
11:20 / 15 Noyabr 2026
121
11:10 / 15 Noyabr 2026
115
11:07 / 15 Noyabr 2026
690
10:50 / 15 Noyabr 2026
122
10:25 / 15 Noyabr 2026
275
10:21 / 15 Noyabr 2026
118
10:18 / 15 Noyabr 2026
112
10:12 / 15 Noyabr 2026
143
09:35 / 15 Noyabr 2026
529
07:35 / 15 Noyabr 2026
244
05:50 / 15 Noyabr 2026
159
01:35 / 15 Noyabr 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.