Bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq
15 Noyabr 2026, 14:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
11539
17.12.2025, 09:01
Minimum pensiya alan və tək yaşayan şəxslərin artan kommunal xərclər qarşısında çətin vəziyyətə düşməsi cəmiyyətdə sosial dəstək mexanizmlərinin yenidən gündəmə gəlməsinə səbəb olub. Xüsusilə, ahıl yaş dövründə tək yaşayan insanların rifahının qorunması məqsədilə ayrıca kommunal güzəşt paketinin tətbiqinin mümkünlüyü müzakirə olunur. Maraqlıdır, minimum pensiya alan və tək yaşayan şəxslər üçün ayrıca kommunal güzəşt paketi nəzərdə tutula bilərmi?
Bu barədə KONKRET.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov qeyd edib ki, bir sıra ölkələrdə ahıl yaş dövründə tək yaşayan şəxslərin rifahının qorunması məqsədilə müxtəlif sosial mexanizmlər mövcuddur. Onun sözlərinə görə, tək yaşayan şəxslərin xərcləri ailə üzvlərinin sayı çox olan təsərrüfatlarla müqayisədə adambaşına düşən yük baxımından daha yüksək olur.
“Aylıq xərclər əsasən sabit və dəyişən olmaqla iki hissədən ibarətdir. Dəyişən xərclər ailə üzvlərinin sayından asılı olsa da, sabit xərclər – kommunal ödənişlər, kirayə və digər məcburi öhdəliklər – ailə tərkibindən asılı olmur. Bu səbəbdən tək yaşayan şəxslərin, xüsusilə də minimum pensiya alanların maliyyə riski ilə üzləşmə ehtimalı daha yüksəkdir”.
R.Həsənovun sözlərinə görə, Azərbaycanda da bəzi hallarda tək yaşayan şəxslərin kredit qaytarma qabiliyyəti və ya kirayə mənzil bazarında aylıq xərcləri daha yüksək qiymətləndirilir. Bu isə onların sosial baxımdan daha həssas qrup olduğunu göstərir.
“Minimum pensiyanın hazırkı səviyyəsi ehtiyac meyarına yaxın olsa da, əlavə gəlir mənbəyi olmayan tək yaşayan şəxslər üçün bu məbləğ kifayət etmir. Kommunal xidmətlərdə güzəştlərin tətbiqi, birbaşa maliyyə yardımları və ya natura formasında dəstək mexanizmləri bu sosial qrupun rifahının ən azı minimum səviyyədə saxlanılmasına töhfə verə bilər”.
Bununla belə, iqtisadçı qeyd edib ki, hazırda Azərbaycanda minimum pensiya alan və tək yaşayan şəxslər üçün ayrıca kommunal güzəşt paketi ilə bağlı müzakirələrin aparılması barədə məlumat yoxdur. Dövlətin mövcud sosial siyasət mesajlarına əsasən, ən azı orta müddətli dövrdə bu istiqamətdə yeni dəstək mexanizmlərinin yaradılması gözlənilmir.
14:19 / 15 Noyabr 2026
1
14:02 / 15 Noyabr 2026
122
13:27 / 15 Noyabr 2026
165
12:55 / 15 Noyabr 2026
972
12:36 / 15 Noyabr 2026
272
12:28 / 15 Noyabr 2026
119
12:11 / 15 Noyabr 2026
117
11:52 / 15 Noyabr 2026
169
11:43 / 15 Noyabr 2026
109
11:29 / 15 Noyabr 2026
124
11:20 / 15 Noyabr 2026
114
11:20 / 15 Noyabr 2026
121
11:10 / 15 Noyabr 2026
115
11:07 / 15 Noyabr 2026
690
10:50 / 15 Noyabr 2026
122
10:25 / 15 Noyabr 2026
275
10:21 / 15 Noyabr 2026
118
10:18 / 15 Noyabr 2026
112
10:12 / 15 Noyabr 2026
143
09:35 / 15 Noyabr 2026
529
07:35 / 15 Noyabr 2026
244
05:50 / 15 Noyabr 2026
159
01:35 / 15 Noyabr 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.