Bu ölkə də Rusiya əleyhinə ÇIXDI: Regionun taleyi sual altındadır - POLİTOLOQLA MÜSAHİBƏ
13 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
22313
26.02.2025, 17:13
Xocalı Soyqırımı baş verən zaman erməni vəhşiliyindən yaxa qurtarıb xilas olmağı bacaran Xocalı sakinlərinə ilk qucağı Ağdam və ağdamlılar açmışdı.
Oxu24.com həmin gecə baş vermiş hadisəni təqdim edir:
Faciə vaxtı bir çox Xocalı sakini kimi Məmməd həkimin ailəsi, doğmaları da o dəhşətin törədildiyi vaxt Ağdama, Şakir Alışovun evinə gəlirlər.
Yadımdadır, biz uşaq olanda anamın layla və nağılı Ağdamda yaşadıqlarımızdan, Xocalı faciəsindən, bir sözlə ermənilərin azərbaycanlıların başına gətirdikləri müsibətlərdən ibarət olurdu. Xatırlayıram o vaxt anam ürək yanğısı ilə danışırdı ki, Xocalıdan Ağdama pənah gətirən və bir müddət qonaqlarımız olan Xocalı sakinləri vardı.
Şakir kişinin ailəsi
Yaddaşımın xatirə boxçasının bir küncündə isə, o da qalmışdı ki, qonağımızın biri həkim olub. Adı isə Məmməd olub.
Düz 33 ildən sonra, qan yaddaşımız haqqında əsir olmuş Xocalı sakinindən müsahibə götürərkən, müsahibim söhbət əsnasında Məmməd həkimin adını çəkdi. Təsadüf nəticəsində həmin qonağımızla, Məmməd həkimlə danışmaq qismət oldu.
Əsirlikdən sonra hara pənah gətirdiniz sualıma isə, həkim Ağdama deyə cavab verdi. Onu da əlavə etdi ki, özümü bağışlaya bilmirəm ki, niyə həmin ailə ilə əlaqəmiz itdi. Mənsə bildirdim ki, bizim evdə sizdən çox söhbət gedib. Mənim sizinlə həmsöhbət olmağım da, təsadüfi deyil, mən həmin Şakir kişinin qızıyam.
Həkim isə o dəhşətli günləri, əsirlikdən sonra bizə getməyini, Ağdamdakı yaşadıqlarını unutmadığını, ailəmizdən tez-tez, xüsusən də faciə ərəfəsində söhbət açıldığını bildirdi.
Həmçinin oxuyun
Soyqırım şahidinin o gecəyə aid dedikləri hər kəliməsi isə tarixi bir qeyddir. Və mən bu qeydləri aparmağı özümə borc bildim.
Respublikanın əməkdar fəxri həkimi, eyni zamanda "ƏLİF" qəhrəmanlıq mükafatına layiq görülmüş N.Məmməd həm də, 1996-ci ildə Ulu öndər Heydər Əliyevlə görüşü zamanı Azərbaycan Bayrağı Ordeni ilə təltif olunub.
Həmin vaxt Ulu öndərimiz H. Əliyevə Xocalı ilə bağlı dilə gətirdiyi arzuları isə, onun oğlu- ata vəsiyyətini dönmədən yerinə yetirən müzəffər sərkərdəmiz həyata keçirdi. Məmməd həkimin də dediyi kimi:
"Evindən didərgin düşmüş biz məcburi köçkünlər heç zaman ümidsiz olmamışıq. Çünki hər zaman Ali Baş Komandanımıza, Müzəffər ordumuza inanmışıq. Bilirdik ki, bu qisas qiyamətə qalmayacaq. Elə də oldu".
Bəli, Azərbaycan xalqı üçün, uzun illərdən bəri həsrətində olduğu qisas məqamı yetişdi... Durmaq, yarı yolda dayanmaq olmazdı. Durmadıq ,dayanmadıq. İşğalçı quldur dəstələrini heydən düşənə qədər, iti qovan kimi qovaraq, yalvaranadək ədalətli şərtlərlə sülhə məcbur etdik. Bununla da qələbə həsrəti ilə alışıb yanan ürəklərimizə su səpdik... Qələbəmiz davamlı, torpaqlarımız azad, müstəqilliyimiz isə əbədi olsun.
Pərvin SAKİRQIZI
23:47 / 13 Dekabr 2025
10
23:44 / 13 Dekabr 2025
7
23:30 / 13 Dekabr 2025
15
22:45 / 13 Dekabr 2025
140
22:30 / 13 Dekabr 2025
74
22:28 / 13 Dekabr 2025
82
22:22 / 13 Dekabr 2025
77
22:11 / 13 Dekabr 2025
163
21:58 / 13 Dekabr 2025
321
21:34 / 13 Dekabr 2025
868
21:21 / 13 Dekabr 2025
71
21:19 / 13 Dekabr 2025
92
21:15 / 13 Dekabr 2025
69
21:02 / 13 Dekabr 2025
64
20:49 / 13 Dekabr 2025
326
20:44 / 13 Dekabr 2025
80
20:36 / 13 Dekabr 2025
70
20:26 / 13 Dekabr 2025
70
20:01 / 13 Dekabr 2025
267
19:53 / 13 Dekabr 2025
87
19:21 / 13 Dekabr 2025
542
19:16 / 13 Dekabr 2025
116
18:32 / 13 Dekabr 2025
1026
18:12 / 13 Dekabr 2025
169
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.