Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto
12 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
3597
06.03.2021, 23:33
Həzrət Peyğəmbər (s) buyurur: “Evlənin, subay qız və oğlanlarınızı evlnəndirin. Müsəlmanın xoşbəxt olmağının nişanəsi budur ki, bir qızın ərə getmə xərcini öhdəsinə götürsün. Allah yanında nikahla abad olan evdən sevimlisi yoxdur”.
Həzrət Peyğəmbər (s) buyurur: “Subay oğlanlarınızı və qızlarınızı evləndirin ki, Həzrət Haqq əxlaqlarını gözəlləşdirsin, ruzilərini artırsın və səxavətlərini çox etsin”.
Həzrət (s) buyurur: “Evlilik - mənim yolumdur. Hər kim mənim yolumdan üz döndərər, məndən deyildir”.
Həzrət Peyğəmbər (s) yenə buyurur: “Hər kim evlənərsə, dininin yarısını əldə etmiş olar. O biri yarısı olan təqvaya riayət etsin”.
İmam Sadiq (ə) buyurur: “Bir kişi atam İmam Baqirin (ə) yanına gəlir və atam soruşur ki, evlisən? Deyir: “Yox”. Atam ona buyurdu ki, mən sevmirəm ki, dünya və onda olanlar məndə olsun, ancaq bir gecəni həyat yoldaşı olmadan keçirəm. Evli bir insanın qıldığı iki rükət namaz gecələri namaz qılıb, gündüzləri oruc tutan insanın ibadətindən daha yaxşıdır. Həyat yoldaşı seçin ki, ruzini artırar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Cavanların hansının qüdrəti varsa, evlənsin. Gözləriniz daha az qadınları izləsin və ətəyiniz pak qalsın”.
Həzrət (s) buyurur: “Hər kəs evlənər, səadətin yarısını əldə etmiş olar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim cavanlığın əvvəlində evlənər, şeytan fəryad çəkər ki, onun dininin üçdə biri əlindən getmişdir. Bəndə o biri üçdə birini qorumaq üçün təqvaya riayət etməlidir”.
Həqiqətən, evliliyin çox böyük dəyərləri vardır. “Əlbəttə, təqva libası daha yaxşıdır» (“Əraf” 26). Yəni, insan evlənərək, Həzrət Peyğəmbərin (s) sünnətini yerinə yetirər və həm də bir mömin kimi ailəsində və cəmiyyətdə təqvaya riayət etməlidir.
İslam dininin buyurduğu kimi, subay qız və oğlanlarımızı evləndirək və toy mərasimlərində çox təmtəraqa yol verməyək ki, bir çoxları sadə bir toy mərasimi ilə evlənə bilsinlər. Bu zaman cəmiyyətdə olan fəsad da azalar, cavan ailələrdə hüzur və rahatlıq hökm sürər.
15:30 / 13 Noyabr 2026
1
15:01 / 13 Noyabr 2026
54
14:59 / 13 Noyabr 2026
143
14:50 / 13 Noyabr 2026
70
14:46 / 13 Noyabr 2026
76
14:33 / 13 Noyabr 2026
82
14:24 / 13 Noyabr 2026
395
14:17 / 13 Noyabr 2026
363
14:12 / 13 Noyabr 2026
80
14:05 / 13 Noyabr 2026
147
14:00 / 13 Noyabr 2026
87
13:43 / 13 Noyabr 2026
174
13:41 / 13 Noyabr 2026
86
13:20 / 13 Noyabr 2026
85
13:05 / 13 Noyabr 2026
190
12:57 / 13 Noyabr 2026
136
12:45 / 13 Noyabr 2026
124
12:32 / 13 Noyabr 2026
168
12:20 / 13 Noyabr 2026
110
12:17 / 13 Noyabr 2026
107
12:08 / 13 Noyabr 2026
809
11:55 / 13 Noyabr 2026
159
11:45 / 13 Noyabr 2026
225
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.