Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4369
az

İşdə kondisionerin altında oturanlar! - Bunu bilməniz vacibdir (TƏHLÜKƏDƏSİNİZ!)

15:4809 Avqust, 2018
4405
MARAQLI
  • A
Yay aylarında evlərdə, iş yerlərində kondisionerlərdən istifadə də artır. Kondisioner yay istisindən və nəmişlikdən qoruna bilmək üçün həyatımızın əvəzedilməz bir qurğusuna çevrilib. Ancaq kondisionerlərin düzgün istifadə edilməməsi saymaqla tükənməyən zərərlərə yol açır.

İnsanları yayın öldürücü istisindən qoruyan soyuducu cihazlar, xüsusən də kondisionerin hansı ziyanları var? Onların zərərindən necə qorunmaq olar?

Araşdırmalar sübut edib ki, kondisionerlər yuxarı tənəffüs yollarında, ağciyərlərdə bir sıra ağır fəsadlara, hətta sətəlcəmə səbəb ola bilər. Ona görə də kondisioner düzgün şəkildə istifadə olunmalıdır.

İstifadəçilərin ilk növbədə riayət etməli olduğu qayda kondisionerin dərəcəsini bayırdakı hava temperaturuna uyğunlaşdırmaqdan ibarətdir. Bundan başqa, kondisioneri müəyyən fasilələrlə və tədricən dərəcəsini artırmaqla işlətmək lazımdır. Məsələn 40 dərəcə isti havadan 20 dərəcə soyuqluğu olan otağa daxil olmaq insan səhhətində ciddi fəsad yarada bilər. Kondisionerin verdiyi hava bayırdakı hava ilə uzlaşmalıdır. Bu zaman bədən otaqdakı temperatura daha yaxşı adaptasiya ola bilir. Kondisioner işləyən otaqla çöldəki havanın arasında temperaturun 3-5 dərəcə fərqi olmalıdır. Uzun müddət 18 dərəcəyə qədər soyudulmuş otaqda olmaq nəfəs çatışmazlığı, qrip, burun qanaması hallarının baş verməsinə səbəb ola bilər. Bu otaqdan isti havaya çıxmaq isə daha təhlükəlidir.

"Legionellez" xəstəliyi

Mütəxəssislər kondisioner işləyən otağın havasını tez-tez dəyişdirməyi məsləhət görürlər. Əks təqdirdə otaqda bakteriyaların və tozların toplanır ki, nəticədə nəfəs çatışmazlığı, asma, allergik qrip və s. xəstəliklər törəyir.

Kondisionerlər havadakı ionları öldürür. Otaqdakı yüngül elektro-mənfi oksigen ionları kondisioner işlədiyi vaxt ölür. Kondisioner işlədikcə, ondan yavaş-yavaş otağa freon tipdə qaz buraxılır. Bu isə qapalı yerdə insana təsir edir. Buna görə də, kondisioner havasında uzun müddət qalmaq olmaz.

Həkimlər tövsiyə edirlər ki, normal iş şəraitində kondisionerin temperaturu 20-22 dərəcə olmalıdır. Yenə də bu cihazdan bütün gün istifadə etmək məsləhət görülmür. Gecə yatanda isə ümumiyyətlə, kondissioner söndürülməlidir.

Kondisionerin hava vuran yeri insanın üstünə yönəlməməlidir. Həmin hissəni tavana tərəf yönəltmək lazımdır.

“Kondisioner xəstəliyi” kimi də adlandırılan legionelloz xəstəliyi yay aylarında insanaların əsas probleminə çevrilir. Bu xəstəlik kondisionerlərin təmizlənməməsi nəticəsində yaranır. Təmizlənməmiş kondisionerlərdəki toz qatı havaya yayılandan sonra onu udan insanın ağciyərlərində göbələk yaranır. Bu isə yüksək hərarət, halsızlıq, əzələ ağrıları, daha sonrakı müddətdə öskürək, bəlğəm, dərin nəfəs alma istəyi kimi əlamətlər yaradır. Xəstəliyin qripə bənzər cəhətləri olsa da, insandan insana keçmir.

Ölkəmizdə yarım məişət və məişət kondisionerləri çox vaxt təmizlənmir. Bəzi kondisionerlərdə filtr sistemi olsa da, onlar bir müddət istifadə edildikdən sonra öz effektivliyini itirir. Ona görə də hər yeni mövsümdən öncə bu kondisionerlər servisə təhvil verilib, yuyulmalıdır.

Kondisionerlərin və digər havalandırma sistemlərinin səbəb olduğu ciddi xəstəıliklərdən biri də “humidifier fever” xəstəliyidir. Bu xəstəlik mikroblarla çirklənmiş cihazlardan istifadə etdikdən sonra yaranır. Bir neçə saat sonra bədəndə qızdırma başlayır. Fəsadların üzə çıxması 12 saat ərzində ola bilər. Xəstələrdə qızdırma, titrətmə, yorğunluq, halsızlıq kimi daha çox qripi xatırladan şikayətlər olur. Xəstələrin çoxu 24-28 saat içində tamamilə düzəlirlər. Bəzi xəstələrdə nadir hallarda öskürək, nəfəs darlığı olur. Bu xəstəlik xəstənin kondisioner olan otaqdan uzaqlaşdırılması ilə düzəlir. Antibiotik və ya başqa bir dərman qəbuluna ehtiyac yoxdur.

Kondisionerlər allergik fəsadlara da səbəb olurlar. Bu fəsadlar uşaqlarda da müşahidə olunsa da, ən çox 50 yaşdan yuxarı olan insanlara və siqaret çəkməyənlərə təsir edir. “Ventilyasiya pnevmoniyası” adlandırılan bu xəstəliyə kondisionerlərdəki kif qatları və bəzi bakteriyalar səbəb olur. Xəstəlik özünü 4-6 saat sonra qızdırma, baş ağrıları, halsızlıq ilə göbələk infeksiyası ilə göstərir. Daha sonra öskürək, bəlğəm, nəfəs darlığı, sinədə sıxışma hissi kimi ağciyərlərə aid əlamətlər ortaya çıxır. Qızdırma yüksəkliyi ilə bərabər ürək döyüntüsü də artır.

Bu halda, allergiyaya qarşı xüsusi preparatların qəbulu və ağciyərlərin müayinəsi lazımdır.

Kondisioner alarkən onu otağın ölçüsünə uyğunlaşdırmaq lazımdır. Yəni, otağın kvadratı azdırsa, orada iri həcmli kondisioner quraşdırmaq məsləhət görülmür. Bundan başqa, onun istifadə kitabçası ilə tanış olmaq lazımdır.

Bəs bu xəstəliklərdən necə qorunmaq olar?

Kondisionerlər tez-tez açıb-bağlanmamalıdır. Bunun əvəzində isə zəif, amma fasiləsiz bir neçə saat işləməlidir. Yataq otaqlarında kondisionerdən istifadə edilməməlidir. Həm pəncərəni açıq qoyub, həm də kondisioneri işlətmək ikiqat fəsad yarada bilər.

Kondisioner filtrlərinin xüsusi qaydalara uyğun və müəyyən vaxtlarda təmizlənməsi şərtdir.

Həddindən çox istilik ucbatından insanın əzələləri boşalır. Belə halda kondisioner havasına məruz qalan insanda şiddətli əzələ ağrısı və əzələ tutulmaları halları ola bilər. Bu halda asqırmaq, burun axıntısı, gözlərdə sulanma, yaşarma, quru öskürək də yaranır. Buna görə kondisionerin düz altında oturmaq olmaz. Kondisionerin təsirindən boyun və çiyin tutulmaları yaşanarsa, həmin bölgələri şalla sarımaq lazımdır.

Uzun müddət kondisioner işləyən bir məkanda qalmalı olursuzunsa, kondisionerin güclü soyuq havasından uzaq durmağa çalışın.

Maşında istifadə edilən kondisioner bronxit, sətəlcəm, sinuzit, tənəffüs yolu, bəzi əzələ xəstəliklərinə, göz, beyin və badamcıq iltihabına səbəb olur. Üz kondisioner havasıyla çox təmas etsə, üz iflici yaşana bilər. Buna görə soyuq havanın üz və döş qəfəsi ilə çox təmasda olmamalıdır.

Kondisionerdən düzgün istifadə bu xəstəliklərin qarşısını almağa kömək edəcək.

Kondisioner xəstəliyinə yaxalandığınızdan şübhələnsəniz, mütləq həkimə müraciət edin. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəvələr haqda maraqlı məlumatlar
Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...
Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı