Şəhid anası vəfat etdi
07 Oktyabr 2026, 02:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
795
28.03.2026, 12:13
Hazırda Bakı şəhəri və Abşeron yarımadasında müşahidə olunan intensiv yağıntının həcmi aylıq normasının 440 %-ni təşkil etdiyi səbəbindən, ərazilərin yağış sularından azad edilməsi və axıntıların kollektorlara yönləndirilməsi istiqamətində tədbirlər intensivləşdirilib.
Oxu24.com bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir.
Məlumata əsasən, ADSEA və ona tabe olan qurumlar, xüsusən də İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti şiddətli yağışlarla əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
İri şəhərlərin xidmət ərazilərində yağış sularının idarə edilməsi prosesi Operativ Qərargah tərəfindən nəzarət altında saxlanılır.
955 Çağırı Mərkəzinə, elektron və sosial şəbəkə hesablarına, həmçinin ictimaiyyətlə əlaqə telefonlarına daxil olan müraciətlər, eləcə də həssas ərazilərdəki vəziyyətə dair məlumatlar Operativ Qərargah vasitəsilə Coğrafi İdarəetmə Sistemləri (CİS) platforması üzərindən koordinasiya edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Xidmətinin açıqlamasına əsasən, hazırda Bakı və Abşeron yarımadasında qeydə alınan intensiv yağıntının miqdarı 104 mm-ə çatıb ki, bu da aylıq normanın 440 %-nə, yəni təxminən beş dəfədən çoxuna bərabərdir.
Bütün sukanal idarələrində şiddətli yağışlarla əlaqədar növbəli qaydada fasiləsiz fəaliyyət daha da geniş miqyasda təşkil olunub, xətlərin açılması, suların çəkilməsi və mövcud xətlərə istiqamətləndirilməsi işləri həyata keçirilir. Proseslərə müxtəlif funksiyalara malik texniki vasitələr də cəlb edilib.
02:27 / 07 Oktyabr 2026
12
02:18 / 07 Oktyabr 2026
87
01:44 / 07 Oktyabr 2026
58
00:44 / 07 Oktyabr 2026
64
00:32 / 07 Oktyabr 2026
226
00:10 / 07 Oktyabr 2026
87
23:58 / 06 Oktyabr 2026
61
23:41 / 06 Oktyabr 2026
100
23:27 / 06 Oktyabr 2026
154
23:10 / 06 Oktyabr 2026
87
22:57 / 06 Oktyabr 2026
96
22:50 / 06 Oktyabr 2026
93
22:38 / 06 Oktyabr 2026
107
22:35 / 06 Oktyabr 2026
121
22:30 / 06 Oktyabr 2026
235
22:28 / 06 Oktyabr 2026
88
22:25 / 06 Oktyabr 2026
100
22:22 / 06 Oktyabr 2026
3417
22:17 / 06 Oktyabr 2026
1617
22:12 / 06 Oktyabr 2026
69
22:10 / 06 Oktyabr 2026
414
22:10 / 06 Oktyabr 2026
72
21:42 / 06 Oktyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.