"Bit bazarı"ndan divan aldı, 191 min dollar qazandı
11 Noyabr 2026, 08:58
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1005
27.03.2026, 22:45
Bu gün Bakıya yağan yağış paytaxtın bir sıra rayonlarında hərəkəti iflic etdi.
Bakının ənənvi və köhnə yol,kanalizasiya problemi bir daha özünü biruzə verdi.
Bəs,Bakını pis vəziyyətə salan bu yağış necə yaranır?Onun yağma prosesi necə izah olunur?
Oxu24.com xəbər verir ki,yağışın yaranması su dövranı ilə bağlıdır və bir neçə mərhələdən keçir.
1-ci mərhələ buxarlanma (evaporasiya) adlanır.Günəş enerjisinin təsiri ilə dənizlərdən, göllərdən, çaylardan və torpaqdan su buxarlanır. Buradan da yağışın yağması üçün ilkin zəmin yaranır.
2-ci mərhələ kondensasiya (yoğunlaşma) adlanır. Bu mərhələdə yuxarı qalxan su buxarı havanın daha soyuq qatlarına çatdıqda soyuyur və kiçik su damcılarına çevrilir. Bu hadisə buludların yaranmasına səbəb olur.
3-cü mərhələ buludların formalaşmasıdır.Çoxlu sayda kiçik damcı birləşərək buludları əmələ gətirir. Bu damcılar çox yüngül olduğu üçün havada qalır.
4-cü mərhələ yağışın düşməsi -yağıntı adlanır.Damcılar bir-biri ilə toqquşaraq böyüyür və artıq havada qala bilməyəcək qədər ağırlaşır. Bu zaman onlar yerə düşür. Bu proses yağıntı adlanır.
Yağışın miqdarı necə ölçülür?
Yağışın miqdarı millimetr (mm) ilə ölçülür. Bu o deməkdir ki:
1 mm yağış = 1 kvadrat metr sahəyə 1 litr su düşməsi deməkdir
Məsələn:
10 mm yağış → 1 m² sahəyə 10 litr su
50 mm yağış → artıq güclü yağış sayılır
Bu ölçü üçün xüsusi cihazdan istifadə olunur:
Yağışölçən (pluviometr) – açıq sahədə yerləşdirilir və düşən suyu toplayaraq miqdarını ölçür.
Azərbaycanda ən çox yağıntı düşən ərazi əsasən Lənkəran–Astara zonasıdır. Xüsusilə,Lənkəran,Astara,Talış dağları ölkənin ən rütubətli yerləri sayılır.
Çünki Xəzər dənizindən gələn rütubətli hava bu ərazilərdə toplanır.Talış dağları hava kütlələrinin qarşısını kəsir və yağıntını artırır.
Hazırladı: Jalə
22:24 / 12 Noyabr 2026
11
22:21 / 12 Noyabr 2026
17
22:13 / 12 Noyabr 2026
33
21:55 / 12 Noyabr 2026
50
21:39 / 12 Noyabr 2026
65
21:26 / 12 Noyabr 2026
658
21:19 / 12 Noyabr 2026
91
21:04 / 12 Noyabr 2026
77
20:55 / 12 Noyabr 2026
143
20:42 / 12 Noyabr 2026
117
20:26 / 12 Noyabr 2026
125
20:14 / 12 Noyabr 2026
110
20:08 / 12 Noyabr 2026
114
20:05 / 12 Noyabr 2026
143
19:59 / 12 Noyabr 2026
106
19:49 / 12 Noyabr 2026
115
19:36 / 12 Noyabr 2026
123
19:31 / 12 Noyabr 2026
117
19:19 / 12 Noyabr 2026
126
19:15 / 12 Noyabr 2026
155
19:09 / 12 Noyabr 2026
114
19:03 / 12 Noyabr 2026
123
18:58 / 12 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.