Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
12 Noyabr 2026, 13:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1619
28.03.2026, 16:31
İran, Birləşmiş Ştatların quru əməliyyatı keçirməsinə qarşı Xarq adasına əlavə hərbi qüvvə yerləşdirir. Həmçinin tələlər qurur.
Oxu24.com xəbər verir ki,İranın Xarq adası Fars körfəzində yerləşir və ölkə üçün strateji-iqtisadi baxımdan ən vacib nöqtələrdən biridir.
Xarq adası İranın ən böyük və əsas neft terminalıdır. Ölkənin xam neft ixracının 90%-dən çoxu məhz bu ada vasitəsilə həyata keçirilir.
Ona görə də ada İranın neft ixracatının ürəyi hesab olunur.
Son günlər İran adadakı əsgərlərin sayını artırıb və əlavə hava hücumuna qarşı müdafiə sistemləri yerləşdirib.
Amerika əsgərlərinin yerüstü hücum edə bilməməsi üçün müxtəlif tələlər qurub. Bundan başqa, İran çiyində daşına bilən MENPAT sistemlərini adaya göndərib. MENPAT zenit raket kompleksi kimi tanınan bir nəfər və ya kiçik bir qrup tərəfindən daşına və çiyindən atəş edilə bilən qısa mənzilli zenit raket sistemidir.
Amerika ordusu martın 13-də Xarq adasına havadan zərbələr endirmişdi. Pentagon bildirmişdi ki, İranın mina və raket anbarlarına, çoxsayda hərbi obyektlərlə yanaşı 90-a yaxın hədəfə zərbələr endirilib.
ABŞ prezidenti Donald Tramp isə bəyan etdi ki, neft infrastruktura bilərəkdən zərər vurulmuyub. Son həftələrdə Amerika ordusu iki dəniz piyadaları ekspedisiya bölməsini yaxın Şərqə göndərib. Bölmələrin hər birində təxminən 2200 əsgər var.
Bu bölmələr sürətli amfibiyeniklər, reydlər və hücum əməliyyatları üzrə ixtisaslaşıb. Bundan əlavə, Amerika ordusunun 82-ci hava desənt diviziyasından əlavə əsgərlərin yaxın Şərqə göndərilməsi gözlənilir. Financial Times yazır ki, Amerika Xarq adasını ələ keçirsə, İranın bütün neft ixracatına nəzarət edəcək. Həmçinin qeyd olunur ki, İran adanın Amerikanın əlinə keçməməsi üçün neft infrastrukturunu özü tamamilə məhv edə bilər.
Jalə
16:25 / 12 Noyabr 2026
50
16:21 / 12 Noyabr 2026
60
15:55 / 12 Noyabr 2026
72
15:36 / 12 Noyabr 2026
312
15:15 / 12 Noyabr 2026
94
15:12 / 12 Noyabr 2026
77
14:15 / 12 Noyabr 2026
132
14:04 / 12 Noyabr 2026
359
13:59 / 12 Noyabr 2026
311
13:55 / 12 Noyabr 2026
116
13:45 / 12 Noyabr 2026
211
13:36 / 12 Noyabr 2026
285
13:29 / 12 Noyabr 2026
135
13:21 / 12 Noyabr 2026
153
13:20 / 12 Noyabr 2026
175
13:18 / 12 Noyabr 2026
539
13:16 / 12 Noyabr 2026
178
13:07 / 12 Noyabr 2026
471
13:04 / 12 Noyabr 2026
117
13:00 / 12 Noyabr 2026
132
12:40 / 12 Noyabr 2026
135
12:25 / 12 Noyabr 2026
160
12:05 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.