Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı
12 Noyabr 2026, 21:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
542
28.03.2026, 10:33
"Stratcom Summit 26" çərçivəsində Azərbaycanın Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran arasında ikitərəfli görüş keçirilib.
Agentlikdən Oxu24.com-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Türkiyə arasında media sahəsində mövcud strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi, xüsusilə dezinformasiya ilə mübarizə istiqamətində birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub.
Vurğulanıb ki, qlobal informasiya məkanında baş verən transformasiyalar, eləcə də saxta və manipulyativ məzmunların artan təsiri dövlət qurumları arasında daha sıx koordinasiya və sistemli əməkdaşlığı zəruri edir.
Görüşün sonunda "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti arasında Azərbaycan – Türkiyə Birgə Media Platformasının Birgə İşçi Komissiyasının və Komitələrinin yaradılması haqqında Anlaşma Memorandumu" imzalanıb.
Sənəd tərəflər arasında institusional əməkdaşlığın daha da dərinləşdirilməsini, birgə fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsini və koordinasiyanın gücləndirilməsini nəzərdə tutur.
22:24 / 12 Noyabr 2026
11
22:21 / 12 Noyabr 2026
17
22:13 / 12 Noyabr 2026
33
21:55 / 12 Noyabr 2026
50
21:39 / 12 Noyabr 2026
65
21:26 / 12 Noyabr 2026
658
21:19 / 12 Noyabr 2026
91
21:04 / 12 Noyabr 2026
77
20:55 / 12 Noyabr 2026
143
20:42 / 12 Noyabr 2026
117
20:26 / 12 Noyabr 2026
125
20:14 / 12 Noyabr 2026
110
20:08 / 12 Noyabr 2026
114
20:05 / 12 Noyabr 2026
143
19:59 / 12 Noyabr 2026
106
19:49 / 12 Noyabr 2026
115
19:36 / 12 Noyabr 2026
123
19:31 / 12 Noyabr 2026
117
19:19 / 12 Noyabr 2026
126
19:15 / 12 Noyabr 2026
155
19:09 / 12 Noyabr 2026
114
19:03 / 12 Noyabr 2026
123
18:58 / 12 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.