Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3615
az

Yediyimiz meyvələrin bilmədiyimiz faydaları…

20:4812 İyul, 2018
939
MARAQLI
  • A
 Meyvə gündəlik qida rasionumuzun vazkeçilməzidir. Xüsusən də meyvənin bol olduğu yay dövründə bir çox faydalarından yararlana bilərik. Eyni zamanda bəzi meyvələr artıq çəkidən də qurtulmağa kömək edir.

OXU24.COM Ölkə.Az-a istinadən bu gün sizə faydalı olan meyvə tərəvəzlərin siyahısını təqdim edir.

Pomidor

Pomidor əslində meyvələr sinfinə məxsusdur. Eyni zamanda artıq çəkidən qurtulmağa kömək edir. Tərkibi antioksidantlarla zəngindir. Zəngin likopen mənbəyi olan pomidor antioksidant molekullar sayəsində eyni zamanda insanı xərçəng xəstəliyinə qarşı da qoruyur.

Banan

Tərkibi potasiumla zəngindir. Arıqlamaq üçün pəhrizlərdə istifadə edilir. Eyni zamanda əzələ ağrılarının da qarşısını alır. Tərkibində kalori miqdarı çox olduğu üçün uzun müddət tox qalmağa, əzələləri bərpa etməyə yardımçıdır.

Armud

Armud həzm sistemi üçün çox faydalıdır. Eyni zamanda insanı uzun müddət tox saxlayır. Arıqlamağa kömək etməklə yanaşı tərkibi C vitamini ilə zəngindir. Xolesterolun miqdarını və şəkərli diabet riskini azaldır.

Qarpız

Pəhriz üçün faydalıdır. Qarpızın 90%-i sudan ibarətdir və 100 qramında cəmi 30 kalori var. Orqanizmdə yağın yandırılmasına kömək edən arjinin adlı amin turşusu ilə zəngindir. Yayda qarpız yemək orqanizmin suya olan tələbatını ödəyir.

Alma

Hər mövsümdə pəhrizin vazkeçilməz meyvəsidir. Normal almada 50 kalori var. Tərkibində yağ və soda yoxdur. Qəbz məsələsində də kömək edir. İmmunitet sistemini gücləndirir. Vücudun nəmliliyini artırır, su ehtiyacını ödəyir və uzun müddət tox qalmağa kömək edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"
Ana və qızı eyni anda DOĞDU - VİDEO
Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bakıda zibil    qutularını    oğurladılar