İranın neft naziri istefa verdi
04 Oktyabr 2026, 22:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
652
25.12.2025, 10:14
2026-cı ildə də Azərbaycanda qiymət sabitliyinin başlıca lövbəri olan manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən ediləcək.
Oxu24.com bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, qurumda Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları üzrə hərracların keçirilməsi davam etdiriləcək. AMB və fiskal orqanlar (ARDNF və Maliyyə Nazirliyi) arasında effektiv koordinasiya valyuta bazarının tarazlı fəaliyyətinə dəstək verəcək.
2026-cı ildə də monetar şəraitin formalaşmasında faiz dəhlizi mühüm rol oynamaqda davam edəcək və pul bazarında qısamüddətli faizlər pul siyasətinin yardımçı əməliyyat hədəfi olaraq istifadə ediləcək. Banklararası pul bazarındakı faizlərin AMB-nin faiz dəhlizi daxilində hərəkəti üçün qurum arsenalındakı bütün alətlərdən adekvat və çevik şəkildə istifadə edəcək. Təminatsız bazarda əqdlər üzrə orta çəkili faiz göstəricisi olan AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, onun AMB-nin uçot dərəcəsinə yaxın səviyyədə hərəkətinə xüsusi diqqət yetiriləcək. Bu məqsədlə daimi imkan alətləri və açıq bazar əməliyyatları fəal şəkildə tətbiq ediləcək.
Daimi imkan alətləri növbəti ildə də banklararası pul bazarında faizlərin faiz dəhlizi daxilində formalaşmasını təmin edəcək. Daimi imkan aləti kimi gecəlik depozit və gecəlik əks-repo əməliyyatlarından istifadə ediləcək. Bu alətlər üzrə faiz dərəcələri müvafiq olaraq faiz dəhlizinin aşağı və yuxarı hədlərinə bərabər olacaq.
Açıq bazar əməliyyatları olaraq sterilizasiya məqsədli müxtəlif müddətli not, habelə 7 günlük əməliyyatlar üzrə hərraclar keçiriləcək. Bu alətlər üzrə faiz dərəcələri AMB-nin İdarə Heyətinin müəyyən etdiyi qaydada formalaşacaq. Əvvəlki illərdə olduğu kimi növbəti ildə də alətlərin tətbiq olunma qaydaları maliyyə bazarı iştirakçılarına öncədən açıqlanacaq. Açıq bazar əməliyyatlarının istiqaməti (sterilizasiya və ya emissiya) bank sisteminin likvidlik mövqeyindən asılı olaraq müəyyənləşdiriləcək. Açıq bazar əməliyyatlarının kəmiyyət parametrlərinə və müddətlərinə dair qərarlar bank sisteminin likvidlik mövqeyindən (izafi likvidlik və likvidlik çatışmamazlığı) asılı olaraq operativ şəkildə veriləcək. Bu qərarlar əməliyyatlar keçirilməzdən öncə müvafiq bazar iştirakçılarına kommunikasiya ediləcək.
Növbəti ildə də bank sisteminin likvidlik mövqeyinin müntəzəm monitorinqi və proqnozlaşdırılması davam etdiriləcək. Likvidliyin monitorinqi və proqnozlaşdırılması üzrə fiskal orqanlarla informasiya mübadiləsinin daha da gücləndirilməsi nəzərdə tutulur.
Pul siyasəti alətlərinin təkmilləşdirilməsi və pul bazarının inkişafı istiqamətində tədbirlər 2026-cı ildə də davam etdiriləcək. Bu zaman beynəlxalq maliyyə təşkilatları və bank ictimaiyyəti ilə məsləhətləşmələr davam etdiriləcək. Qeyd olunan istiqamətdə islahatlar ölkədə maliyyə alətlərinin diversifikasiyasını, bazar likvidliyinin artmasını və ölkə iqtisadiyyatının dayanıqlı maliyyələşməsini daha da gücləndirəcək.
22:15 / 04 Oktyabr 2026
31
22:02 / 04 Oktyabr 2026
45
21:54 / 04 Oktyabr 2026
150
21:07 / 04 Oktyabr 2026
112
20:53 / 04 Oktyabr 2026
75
20:43 / 04 Oktyabr 2026
65
20:21 / 04 Oktyabr 2026
64
20:06 / 04 Oktyabr 2026
117
19:55 / 04 Oktyabr 2026
76
19:44 / 04 Oktyabr 2026
236
19:23 / 04 Oktyabr 2026
72
19:16 / 04 Oktyabr 2026
129
19:09 / 04 Oktyabr 2026
123
18:44 / 04 Oktyabr 2026
109
18:34 / 04 Oktyabr 2026
80
17:50 / 04 Oktyabr 2026
107
17:45 / 04 Oktyabr 2026
99
17:35 / 04 Oktyabr 2026
106
17:30 / 04 Oktyabr 2026
659
17:23 / 04 Oktyabr 2026
622
17:20 / 04 Oktyabr 2026
70
16:58 / 04 Oktyabr 2026
3616
16:56 / 04 Oktyabr 2026
536
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.