42 il gizlədilən sirr - Nasist düşərgəsinin gözətçisi ilə evlənən Holokost qurbanı
16 Noyabr 2026, 17:10
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1368
06.07.2020, 09:59
Dəfnə yarpağı yeməklərə dad verən bitkidir. Lakin çox adam bilmir ki, dəfnə yarpağı evə rifah və pul-bərəkət cəlb edir.
Qədimdə dəfnə yarpaqları uzun müddət müxtəlif rituallarda istifadə edilən sehrli bir maddə sayılıb. Dəfnə yarpağı evə xoşbəxtlik və müvəffəqiyyət gətirir. Təsadüfi deyil ki, qədim zamanlarda qaliblər dəfnə çələngləri ilə taclandırılardı.
Dəfnə yarpaqları sərvət cəlb edilməsinə də kömək edir. Evə var-dövlət cəlb etmək üçün bir çox sadə və çox effektiv rituallar var. Məsələn, ezoteriklər hesab edir ki, pəncərənin yaxınlığında bir dəfnə ağacı qoymaq evə sərvət cəlb edir. Dəfnə ağacının təsirini artırmaq üçün yanına bir neçə zənginlik rəmzi sayılan əşyalar qoyun: zinət əşyası, cüzdan və s.
Yaxud da bir neçə dəfnə yarpağını pul kisəsinin ayrı bir cibində saxlayaraq pul cəlb edə bilərsiniz.
Axşam isə bir ədəd dəfnə yarpağını yandırıb tüstünün ətrafa yayılması lazımdır. Dəfnə yarpağını yandırdıqdan sonra sehrli sözləri təkrar etmək lazımdır:
“Ətrafımı dəfnə yarpağının ətri bürüyür və gündən-günə zəngin olacağam. Pul yaxında həyatıma daxil olacaq və mən sonsuzadək ehtiyacın nə olduğunu unudacağam”.
Yaxud da 3 dəfnə yarpağına portağal yağı əlavə edərək onun gücünü artırmaq olar. Portağal da qədimlərdə zənginlik simvolu sayılıb, odur ki, dəfnə yarpağı ilə güclü birləşməsi zənginliyi artırmağa kömək edəcək.
Dəfnə yarpağı ilə əmin-amanlığı necə cəlb etmək olar?
Evin çiçəklənməsi və müvəffəqiyyət cəlb etmək üçün xüsusi ayindən istifadə etmək olar. Onun üçün yeddi yarpaq dəfnə yarpağı və al-qırmızı sap lazım olacaq. Tam ay çıxanda, gün batdıqdan sonra yeddi dəfnə yarpağını al-qırmızı sapla bağlayın. Eyni sapla yarpaq dəstəsinə istənilən qəpik və ya sikkəni bağlayın. Beləliklə, hazırlanmış talismanı qapının üstündən asın. Bir ay sonra talismanı çıxarıb yarpaqları bütün otaqlarda pul saxlanılan yerlərə yerləşdirin. Dəfnə yarpaqlarından birini isə cüzdana qoyun.(Publika.az)
21:11 / 17 Noyabr 2026
9
20:45 / 17 Noyabr 2026
44
20:39 / 17 Noyabr 2026
75
20:23 / 17 Noyabr 2026
76
20:12 / 17 Noyabr 2026
82
19:59 / 17 Noyabr 2026
89
19:51 / 17 Noyabr 2026
89
19:40 / 17 Noyabr 2026
157
19:39 / 17 Noyabr 2026
92
19:28 / 17 Noyabr 2026
623
19:21 / 17 Noyabr 2026
98
19:14 / 17 Noyabr 2026
107
19:09 / 17 Noyabr 2026
103
19:06 / 17 Noyabr 2026
251
18:57 / 17 Noyabr 2026
118
18:55 / 17 Noyabr 2026
117
18:50 / 17 Noyabr 2026
140
18:40 / 17 Noyabr 2026
497
18:38 / 17 Noyabr 2026
115
18:28 / 17 Noyabr 2026
121
18:21 / 17 Noyabr 2026
125
17:59 / 17 Noyabr 2026
114
17:49 / 17 Noyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.