Bir müşavirin vəzifədən gedişi, iki ölkənin münasibətlərinə verilən MESAJ
26 Oktyabr 2026, 20:26
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
951
28.04.2020, 00:52
Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalının və Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun 100-cü ildönümüdür.
Oxu24.com -un xəbərinə görə, 1920-ci il aprelin 27-də Sovet Rusiyasının rəhbəri Vladimir İliç Lenin tərəfindən Moskvada Nəriman Nərimanovun sədrliyi ilə Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsi yaradılıb. Komitənin tərkibinə Nərimanovdan başqa Qəzənfər Musabəyov, Həmid Sultanov, Dadaş Bünyadzadə, Mirzə Davud Hüseynov, A.Alimov və Əliheydər Qarayev daxil edilib.
Komitənin yalnız azərbaycanlı kommunistlərdən təşkil olunması təbii ki, gözdən pərdə asmaq məqsədi güdürdü. Belə ki, həmin gün Nərimanov Moskvada olub, komitənin bəzi üzvləri Bakıda, bəziləri isə Azərbaycanın şimal sərhədində - rus ordusunun zirehli qatarında əmr gözləyirdi. Elə həmin gün Dağıstanda olan M.K.Levandovskinin başçılıq etdiyi XI Qızıl Orduya Azərbaycana hücum əmri verilib. Bolşeviklər bu məsələdə də hiylə işlədiblər - bəyan olunub ki, Qızıl Ordu Azərbaycandan keçməklə Anadoluda ölüm-dirim savaşı aparan Mustafa Kamal Atatürkün əsgərlərinə yardım etməyə gedir.
Aprelin 27-də Azərbaycan bolşevikləri Cümhuriyyət hökumətinə hakimiyyəti təhvil vermək haqqında ultimatum verib. Ultimatumu özünü "Sovet Azərbaycanının Qırmızı Donanmasının komandanı, mühəndis" kimi təqdim edən Çingiz İldırım imzalamışdı: "Tələb edirik ki, hakimiyyəti dərhal yoldaş Nərimanovun başçılıq etdiyi Sovet Fəhlə-Kəndli Hökumətinə təhvil verəsiniz. Bu halda Qırmızı Donanma milliyyətindən asılı olmayaraq, Bakı şəhərinin bütün əhalisinə sülh və sakitlik təminatı verir. Cavab iki saat ərzində göndərilməlidir. Əks halda, atəş açılacaq".
Cümhuriyyət Parlamentinin həmin gün saat 20:45-də başlayan iclası 3 saat davam edib. İclasda çıxış edən Məhəmməd Əmin Rəsulzadə XI Qızıl Ordunun Anadoluya yardıma getmədiyini və Azərbaycanı işğal etməyə gəldiyini bildirsə də, müzakirələrdən sonra hakimiyyətin Azərbaycan bolşeviklərinə təhvil verilməsi barədə qərar çıxarılıb.
Həm ultimatumda, həm də digər danışıqlarda milli hökumət üzvlərinin təhlükəsizliyinə təminat verilsə də, bu vədlərə əməl edilməyib, AXC hökumətinin üzvlərinə qarşı repressiyalar, “qırmızı terror” başlayıb. Milli hökumət üzvlərinin bir qismi, o cümlədən M. Ə. Rəsulzadə isə mühacirətə getmək məcburiyyətində qalıb.
Maraqlıdır ki, SSRİ dövründə 27 aprel deyil, 28 aprel tarixi Azərbaycanda sovet hakimiyyətinin qurulduğu tarix kimi bayram edilib.
Azərbaycanda sovet hakimiyyəti 71 il davam edib. 30 avqust 1991-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə qəbul edilib.
18 oktyabr 1991-ci ildə isə Azərbaycan parlamenti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktını qəbul edib və bu Akt 29 dekabr 1991-ci ildə ümumxalq referendumu ilə təsdiq edilib.
Hər iki sənədə əsasən, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-hüquqi varisi elan olunub. Cümhuriyyətin himni, gerbi və bayrağı da olduğu kimi qəbul edilib.
2 mart 1992-ci ildə Azərbaycan BMT-yə daxil olmaqla beynəlxalq aləmin tamhüquqlu üzvünə çevrilib.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.