Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29542
az

Bakıda sirli bina: 7-ci mərtəbədə kim yaşayaır? –  FOTO

13:5924 Aprel, 2020
1030
MARAQLI
  • A

Bakının Neftçilər prospektində, “Qız qalası” yaxınlığında yerləşən 6 mərtəbəli binaya 7-ci mərtəbə əlavə olunub. Əlavə olunmuş mərtəbə kobud və qeyri-estetik görüntü yaradıb.

Oxu24.com  xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az-adanışan AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri Rahibə Əliyeva bildirib ki, memarlıq abidələrinə, xüsusilə tarixi memarlıq nümunəsinə əlavələrin olunması, qətiyyən düzgün deyil:

“Bu abidələr əsrlərin yadigarıdır və köhnə memarlıq üslubunda tikilib. Əlavə olunan mərtəbə isə son memarlıq üslubu nümunəsi olacaq. Nə qədər ona uyğunlaşdırılmış olsa da, müasir tikinti materiallarından istifadə olunur, daşın kefiyyəti, rəngi seçilir. Digər tərəfdən, ona görə düzgün deyil ki, həmin memarlıq abidəsinin, bünövrəsi mərtəbə sayına uyğun hesablanıb ki, o binanı saxlaya bilsin. Daha bir mərtəbə ona əlavə olunursa, bünövrə ağırlığa davam gətirməyə bilər.  Zəlzələ və yaxud hər hansı bir hadisə baş verdikdə, həmin binada dağılma ola bilər, yaxud binada ağırlıq səbəbindən  çatlar əmələ gələ bilər”.

Rahibə Əliyeva həmçinin vurğulayıb ki, bu cür əməllərlə biz memarlıq irsimizi qorumuruq. Ona xələl gətirmək üçün həmin abidənin üzərinə yeni bir tikili əlavə edirik”

“Biz istəyirik ki, irsimizi olduğu kimi qoruyaq. Bunun üçün də həmin abidənin üstünə yeni bir mərtəbənin əlavə olunmasını qəbul etmirik. Biz abidələri olduğu kimi saxlamalıyıq. Qəbul olunmuş bir sıra beynəlxalq xartiyalar mövcuddur. Həmin xartiyalarda göstərilir ki, hər bir abidəni qorumaq üçün birin-birə bərpa işləri aparılmalıdır. Bu, o deməkdir ki, abidə olduğu kimi, materialı saxlanılmaqla, onda istifadə olunanan məhlullar, yapışdırıcılar və digər tikinti məhsullarından istifadə edilməklə bərpa edilməlidir. Bunun üçün həmin məhlullar labatoriyalarda yoxlanılır və eyni cür məhlul hazırlanmaqla həyata keçirilir. Memarlıq abidələrinə edilən əlavələr qəbul edilməzdir. Bu həm binaya ziyandır, həm də onun memarlıq simasına xələl gətirir. Bütün bunlara qarşı biz həmişə etiraz etmişik”.

Məsələ ilə bağlı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əlaqə saxladıq. “İçərişəhər” DTMQ İdarəsinin ictimaiyətlə əlaqələr sektorunun baş məsləhətçisi Səfayə Əhmədova bildirdi ki, sözü gedən mərtəbə çoxdan tikilib:

“Bildiyiniz kimi, “İçərişəhər” DTMQ İdarəsi öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2007-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin tərkibindən çıxarılaraq ayrıca icra hakimiyyəti orqanı kimi formalaşdırıldıqdan sonra başlamışdır. Qeyd olunan binada əlavə olunan hissə ötən əsrin 90-cı illərində, yəni İdarənin yarandığından illər öncə İçərişəhərin Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olduğu müddətdə tikilmişdir. İdarə yarandığı tarixdən İçərişəhər ərazisində görülən bütün işlər ciddi nəzarət altına alınmış, yerli və xarici mütəxəssislərin, habelə YUNESKO ekspertlərinin iştirakı və tövsiyələri ilə hazırlanmış və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Baş (Master) Plana uyğun həyata keçirilir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

112 yaşında öldü
Soğan gözümüzü niyə yaşardır?
Dəvələr haqda maraqlı məlumatlar

112 yaşında öldü

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Gürcüstandakı toyda 9 azərbaycanlı   bir-birini       bıçaqladı