Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1193
22.03.2020, 18:58
Gün ərzində əlimizdən düşməyən cib telefonları, koronavirus infeksiyasının mənbələri siyahısına başçılıq edə bilər.
Oxu24.come-tibb.az-a istinadən bildirir ki, Britaniyanin Sautempton Universitetinin professoru Vilyam Kivil belə bir açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, əlləri istənilən qədər qorusaq, təmiz saxlasaq da, smartfonun ekranına bircə dəfə toxunub əlləri gözlərə, buruna, ağıza toxundurmaqla infeksiya riski yaratmış oluruq.
Xəstə insanlar ətrafda öskürəndə və ya asqıranda viruslar, eləcə də COVID-2019 hissəcikləri olan tüpürcək damcıları müxtəlif səthlərə düşür. Qapı dəstəyi, lift düymələrinə toxunan zaman heç şübhəsiz bir virus hissəciyi tuturuq. Sonra əllərimizi yusaq, dezinfeksiya etsək belə, yenidən cib telefonumuza əl vururuq.
Qeyd olunub ki, koronavirusun telefonlar üzərində nə qədər yaşaya biləcəyi əslində açıq bir sualdır. Amma istənilən virusdan qorunmaq üçün telefonları da tez-tez silmək lazımdır. Bunun üçün alkoqollu salfetlər və gellərdən istifadə etmək ən etibarlı yoldur.
Məlumata görə, əşyaları antiseptik xlorheksidin məhlulu ilə silmək də olar. Bu bir qədər zəif tərkib sayılsa da, bakteriyaları öldürə bilir. Amma onun koronavirusa qarşı effektivliyinə dair heç bir sübut yoxdur. Telfonları silmək üçün ən azı adi nəm salfetdən istifadə etmək olar.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ-da yeni növ koronavirusun hansı səthlərdə daha uzun ömür sürdüyü araşdırılıb.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Robert Redfild virusun hansı səthdə daha uzun zaman yaşadığını açıqlayıb. Alimlər bununla bağlı fərqli səthləri öyrəniblər, məlum olub ki, polad və mis üzərində koronavirus təxminən iki saat, kağız və plastik kütlələrdə isə daha uzun zaman həyat sürür.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.