Qaynar xətt:

(+99450) 247 90 86

Trampın koronavirus test nümunələrinin cavabı açıqlandı

Trampın koronavirus test nümunələrinin cavabı açıqlandı

DÜNYA

1130

15.03.2020, 13:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Prezidenti Donald Trampın koronavirusla bağlı verdiyi testin nəticələri mənfi olub.  

Oxu24.com bildirir ki, APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Prezidentin həkimi Şonan Konliyə istinadən verilən açıqlamada qeyd edilib ki, Vaşinqton Administrasiyasının başçısı sağlamdır.

Xatırladaq ki, bir neçə gün əvvəl Trampla görüşən Braziliya nümayəndə heyətinin üzvlərindən biri koronavirus xəstəliyinə tutulub.