"Onu bağışlamaq olarmı?" filmindəki Tərlan əslində KİMDİR?
18 Noyabr 2026, 23:10
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1258
20.02.2020, 15:20
Bu gün Dövlət Təhlükəsizliyi Xidməti Neftçala rayon İcra Hakimiyyətində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı bir sıra vəzifəli şəxslərin, habelə icra başçısı İsmayıl Vəliyevin saxlanıldığı bildirilir.
Publika.az İ.Vəliyevin avtobioqrafiyasını təqdim edir.
İ.Vəliyev 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirib, əmək fəaliyyətinə 1981-ci ildə Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb. Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin deputatı olub. 1985-1991-ci illərdə Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin bağışlama şöbəsində məsləhətçi, hüquq şöbəsində böyük məsləhətçi, baş mütəxəssis, Qanunvericilik və hüquq şöbəsində sektor müdiri vəzifələrində işləyib. 1991-1992-ci illərdə “İlk Bank” Səhmdar Kommersiya Bankının idarə heyətinin sədri, “Mejbankovskoye Obedinenie” Səhmdar Bankında Bank Şurasının sədri vəzifələrində işləyib. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində böyük məsləhətçi işləyib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində 28 mart 1995-ci il tarixdən 24 may 1995-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini, 24 may 1995-ci il tarixdən 29 may 1996-cı il tarixədək həmin idarədə rəisin birinci müavini, 29 may 1996-cı il tarixdən 21 may 1998-ci il tarixədək Sumqayıt Gömrükxanasının rəisi,21 may 1998-ci il tarixdən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri,21 yanvar 1999-cu il tarixdən 03 yanvar 2001-ci il tarixədək Dövlət Analitik Şöbənin rəisi, 03 yanvar 2001-ci il tarixdən 31 may 2005-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib. 01 iyun 2005-ci ildən 24 avqust 2005-ci il tarixədək “Petrogeoaz” Məhdud Məsuliyyəti Cəmiyyətinin baş direktoru vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2005-ci il tarixli 970 nömrəli sərəncamı ilə Qobustan rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli 1470 nömrəli sərəncamı ilə Neftçala rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.
Qeyd edək ki, İsmayıl Vəliyevdir Azərbaycan Respublikasının ilk Baş Prokuroru İsmət Qayıbovun bacısı oğludur.
20:40 / 20 Noyabr 2026
12
20:33 / 20 Noyabr 2026
39
20:25 / 20 Noyabr 2026
73
20:25 / 20 Noyabr 2026
54
20:20 / 20 Noyabr 2026
54
20:18 / 20 Noyabr 2026
53
20:06 / 20 Noyabr 2026
61
20:02 / 20 Noyabr 2026
367
20:01 / 20 Noyabr 2026
54
19:50 / 20 Noyabr 2026
75
19:50 / 20 Noyabr 2026
69
19:46 / 20 Noyabr 2026
76
19:37 / 20 Noyabr 2026
91
19:37 / 20 Noyabr 2026
804
19:29 / 20 Noyabr 2026
69
19:23 / 20 Noyabr 2026
75
19:23 / 20 Noyabr 2026
72
19:16 / 20 Noyabr 2026
79
19:06 / 20 Noyabr 2026
77
18:57 / 20 Noyabr 2026
566
18:39 / 20 Noyabr 2026
86
18:30 / 20 Noyabr 2026
107
18:12 / 20 Noyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.