Saf qızıl istehsal edən bitki tapıldı
28 Yanvar 2026, 00:26
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1013
10.01.2020, 17:23
Təxminən 10 gün əvvəl - 2019-cu ilin dekabrın 30-da Bakıya yeni “Bugatti Chiron” markalı avtomobil gətirilib.
Oxu24.com azpolitika.info-ya istinadən xəbər verir ki, təqdim olunan fotolardan belə məlum olur ki, avtomobil "Silk Way" aviaşirkəti vasitəsilə gətirilib. Avtomobili kimin gətirdiyi bizə məlum olmasa da, qiymətinin fantastik olduğunu söyləyə bilərik.
Belə ki, 2016-cı ildən istehsalına başlanan “Bugatti Chiron” markalı avtomobilin qiyməti 2,5 milyon avrodan, yəni 5 milyon manatdan başlayır. Avtomobil alınarkən ödənilən vergiləri, daşınma və gömrük rüsumunu da (avtomobilin ən aşağı qiymətə alındığı qəbul olunsa, minimum 1,7 milyon manat rüsum ödənilməlidir) və digər kiçik xərcləri də nəzərə alsaq, “Bugatti Chiron”un Bakya gəlib çıxması üçün sifarişçisinin ən azı 7-8 milyon arası vəsait ödədiyini söyləyə bilərik.
Qeyd edək ki, Fransanın “Bugatti” şirkəti tərəfindən istehsal olunan “Chiron” modeli dünyadakı ən sürətli hiper-avtomobil hesab olunur.
Həmçinin oxuyun
Mühərriki 1500 at gücündə olan avtomobilin sürəti saatda 420 kilometrdir. Ancaq 2018-ci ildən sonra istehsal olunan “Bugatti Chiron” modelində sürətin saatda 443 kilometrə qədər artırıldığı bildirilir. Avtomobil bu sürəti cəmi 9 saniyədə yığır.
Onu da qeyd edək ki, “Bugatti” şirkəti “Chiron” modelindən cəmi 500 ədəd buraxmağı planlaşdırıb. İndiyə qədər bu modeldən neçə ədədini istehsal edərək satdığı haqda məlumat olmasa da, birinin artıq Azərbaycana gətirildiyi məlumdur.

01:01 / 28 Yanvar 2026
1
00:26 / 28 Yanvar 2026
35
00:16 / 28 Yanvar 2026
35
23:50 / 27 Yanvar 2026
298
23:49 / 27 Yanvar 2026
121
23:34 / 27 Yanvar 2026
142
23:19 / 27 Yanvar 2026
56
23:05 / 27 Yanvar 2026
122
23:00 / 27 Yanvar 2026
85
23:00 / 27 Yanvar 2026
121
22:35 / 27 Yanvar 2026
45
22:30 / 27 Yanvar 2026
114
22:15 / 27 Yanvar 2026
159
22:08 / 27 Yanvar 2026
588
21:54 / 27 Yanvar 2026
98
21:48 / 27 Yanvar 2026
61
21:30 / 27 Yanvar 2026
132
21:18 / 27 Yanvar 2026
2539
21:10 / 27 Yanvar 2026
112
20:57 / 27 Yanvar 2026
76
20:49 / 27 Yanvar 2026
136
20:48 / 27 Yanvar 2026
90
20:44 / 27 Yanvar 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.