"Onu bağışlamaq olarmı?" filmindəki Tərlan əslində KİMDİR?
18 Noyabr 2026, 23:10
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1356
09.01.2020, 19:40
Görünüşü bir sənət əsəri kimi, zərif, dadlı buket çörək. Briyoş, 16-cı əsrdən bəri hazırlanan bir Fransız çörək növüdür. İlk dəfə Fransanın şimalındakı Normandiyada hazırlanıb.
Oxu24.com evdar.az-a istinadən yumşaq, ləzzətli və buket görünüşüylə qonaqlarınızı təəcübləndirəcək Briyoş çörəyinin reseptini təqdim edir.
Tərkibi:
350 qr un
80 qr yumşaldılmış kərə yağı
2 ədəd yumurta sarısı
140 ml isti süd
3 xörək qaşığı şəkər tozu
12 qr yaş maya
1/2 çay qaşığı duz
Üzəri üçün şəkər qatılmış süd
Üzərinə səpmək üçün şəkər kirşanı
Hazırlanma qaydası:
Bir qabda ilıq süddə şəkər tozu və mayanı qarışdırın. Köpürməsi üçün 10 dəqiqə üstünü örtüb kənarda saxlayın. Dərin bir qaba un və duzu tökün. Orta hissəsinə 2 ədəd yumurtanın sarısını, mayalı südü və yumşaldılmış kərə yağını əlavə edin. Mikserin xəmir başlığı ilə və ya əllə 10 dəqiqə yoğurun. Yoğurduğunuz xəmirin üstünü nəmli mətbəx dəsmalıyla örtüb 2 saat acıması üçün kənara qoyun. Xəmiri oxlovla açıb, 7-8 sm-lik peçenye qəlibləriylə dairələr kəsin. 3 dairəni üst-üstə düzüb yuxarıdan aşağıya doğru qatlayın. Daha sonra orta hissəsindən ikiyə bölün. Eyni qaydayla bütün dairələri kəsin. Dairəvi soba sinisini yağlayın, gül forması olan hissəsi üstdə qalmaq şərtiylə siniyə yerləşdirin. Mayalanması üçün 1 saat dinləndirin. Çox sıx doldurmayın, çünki 1 saat qaldıqda xəmir qabaracaq. Üzərinə şəkər qatılmış südü fırçayla yaxıb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər 25-30 dəqiqə bişirin. Zövqə görə hazır çörəyin üzərinə şəkər kirşanı səpərək süfrəyə verə bilərsiniz.


09:42 / 21 Noyabr 2026
1
09:38 / 21 Noyabr 2026
20
09:35 / 21 Noyabr 2026
25
09:33 / 21 Noyabr 2026
31
09:03 / 21 Noyabr 2026
61
00:12 / 21 Noyabr 2026
174
23:31 / 20 Noyabr 2026
169
23:23 / 20 Noyabr 2026
175
23:06 / 20 Noyabr 2026
187
22:45 / 20 Noyabr 2026
167
22:35 / 20 Noyabr 2026
178
22:22 / 20 Noyabr 2026
191
22:01 / 20 Noyabr 2026
179
21:52 / 20 Noyabr 2026
176
21:48 / 20 Noyabr 2026
160
21:21 / 20 Noyabr 2026
183
20:50 / 20 Noyabr 2026
211
20:40 / 20 Noyabr 2026
324
20:33 / 20 Noyabr 2026
186
20:25 / 20 Noyabr 2026
443
20:25 / 20 Noyabr 2026
189
20:20 / 20 Noyabr 2026
188
20:18 / 20 Noyabr 2026
188
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.