Qaynar xətt:

(+99450) 247 90 86

NASA Yerin  əsl formasını açıqladı

NASA Yerin  əsl formasını açıqladı

MARAQLI

67

06.08.2026, 11:30

NASA Yer kürəsinin cazibə qüvvəsindəki fərqləri göstərən yeni geoid modelini yayımlayıb.

Oxu24.com xəbər verir ki, model 15 il ərzində toplanmış məlumatlar əsasında hazırlanıb və planetin səthindəki cazibə dəyişikliklərini vizual şəkildə əks etdirir.

Alimlərin sözlərinə görə, Yer ideal kürə formasında deyil. Planetin daxili quruluşunda kütlənin qeyri-bərabər paylanması səbəbindən bəzi bölgələrdə cazibə qüvvəsi daha güclü, bəzi ərazilərdə isə daha zəif olur.

Bu fərqlər yeni modeldə müxtəlif yüksəkliklər və çökəkliklər formasında göstərilir. Buna görə də Yer modeli ilk baxışdan kartofa bənzəyə bilər.

Mütəxəssislər bildirirlər ki, bu görüntü planetin həqiqi formasını göstərmək üçün deyil, cazibə qüvvəsindəki kiçik dəyişiklikləri daha aydın nümayiş etdirmək üçün hazırlanıb. Modeldəki qeyri-bərabərliklər insan gözünün görə bilməsi üçün təxminən 10 min dəfə böyüdülüb.

NASA-nın bu geoid modeli alimlərə okean səviyyəsinin dəyişməsi, Yer kürəsinin daxili quruluşu və qlobal geofiziki proseslərin daha yaxşı öyrənilməsinə kömək edir.