Qızıl ucuzlaşdı
24 Oktyabr 2026, 13:54
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
331
05.08.2026, 11:55
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “Maliyyə institutlarının bazar davranışına dair Metodoloji Rəhbərlik” sənədi təsdiqlənib.
Modern.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, sözügedən sənədin əsas məqsədi maliyyə institutlarında bazar davranışı prinsiplərinin tətbiqinə, istehlakçıların hüquq və qanuni mənafelərinin qorunması səviyyəsinin artırılmasına, həmçinin bu sahədə effektiv idarəetmə, daxili nəzarət və risklərin idarə olunması mexanizmlərinin formalaşdırılmasına metodoloji dəstək göstərməkdir. Sənəd banklar, xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, sığortaçılar, təkrarsığortaçılar, sığorta vasitəçiləri, investisiya şirkətləri, investisiya fondları, investisiya fondlarının idarəçiləri, ödəniş təşkilatları və elektron pul təşkilatlarını əhatə edir.
Metodoloji rəhbərlikdə maliyyə məhsullarının hazırlanması və istehlakçılara təqdim edilməsi, satış sonrası xidmət, müştərilərlə kommunikasiya, eləcə də biznes prosesləri və idarəetmə prinsipləri ilə bağlı əsas metodoloji yanaşmalar müəyyən edilir.
Sənəddə bazar davranışı prinsipləri, istehlakçı yönümlü korporativ mədəniyyətin formalaşdırılması, maraqlar münaqişəsinin idarə olunması, müqavilə bağlanmazdan əvvəl məlumatların açıqlanması, məhsulların hədəf müştəri seqmentinə uyğunluğunun təmin edilməsi, xidmət keyfiyyəti və əlçatanlığı kimi digər zəruri məsələlər üzrə metodoloji yanaşmalar əksini tapır.
Metodoloji rəhbərliyin tətbiqinin maliyyə institutlarında istehlakçılarla münasibətlərdə şəffaflığın, məsuliyyətli davranışın və xidmət keyfiyyətinin daha da yüksəldilməsinə, maliyyə bazarlarına etimadın möhkəmləndirilməsinə və maliyyə sektorunun dayanıqlı inkişafının təşviqinə töhfə verməsi gözlənilir.
Sənəd ilə keçid vasitəsilə tanış olmaq mümkündür.
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.