Qaynar xətt:

(+99450) 247 90 86

"Qaçqınkom" aylıq müavinətlə bağlı RƏSMİ AÇIQLAMA YAYDI

\"Qaçqınkom\" aylıq müavinətlə bağlı RƏSMİ AÇIQLAMA YAYDI

CƏMİYYƏT

433

06.08.2026, 11:11

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi valideynlərindən birinin "məcburi köçkün" statusu olmayan şəxslərə vahid aylıq müavinətin təyin edilməməsinin səbəbini açıqlayıb.

Komitədən Oxu24.com-a verilən məlumata görə, vahid aylıq müavinət - işğal nəticəsində doğma torpaqlarından, daşınmaz əmlakından və vərdiş etdiyi təsərrüfat-məişət şəraitindən məhrum olmuş şəxslərə dövlətin fərdi dəstək mexanizmidir və hazırda onun təyin edilməsi ayrıca normativ-hüquqi aktla tənzimlənir.

Məlumatda bildirilib ki, bu, Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası"dır.

"QaçqınKom" xatırladıb ki, vahid aylıq müavinət "məcburi köçkün" statusu (vəsiqəsi) olanların heç də hamısına təyin edilmir:

"Məcburi köçkün statusu olan, lakin vahid aylıq müavinətin şamil edilmədiyi şəxslər mövcud Qaydanın 2-ci bəndinə əsasən müəyyənləşdirilir. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən, valideynlərdən biri "məcburi köçkün" statusuna malik olmayan şəxslərə vahid aylıq müavinət verilmir.

Bu məsələyə hüquqi məntiq və sosial ədalət prinsiplərindən yanaşdıqda qeyd etməliyik ki, ailədə valideynlərdən biri məcburi köçkün statusuna malik olmadıqda, həmin ailə tam mənada mənzil-məişət və torpaq resurslarından məhrum olmuş sayılmır. Yerli (məcburi köçkün olmayan) valideynin daşınmaz əmlak, mənzil, mülkiyyət və digər sosial-iqtisadi təminatlara çıxışı olduğundan, bu cür ailələr kütləvi humanitar risk qrupundan fərqləndirilir. Büdcə vəsaitlərinin həqiqi ehtiyacı olan, hər iki valideyni də köçkün statusu daşıyan və tamamilə dövlət qayğısına söykənən ailələrə yönəldilməsi sosial ədalət və ünvanlılıq prinsipinin tələbidir".

Eyni zamanda, Dövlət Komitəsinin məlumatıbna görə, ötən dövr ərzində Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (ƏHALİ) bazası ilə Dövlət Sosial Müdafiə Fondu və Dövlət Komitəsinin məlumat bazaları tam elektron inteqrasiya olunmamışdı. Qaydanın 2.6-cı bəndinə aid hal seçmə və manual (fərdi) yoxlamalarda gözdən yayınırdı. Son dövrdə dövlət informasiya ehtiyatlarının çarpaz inteqrasiyası (e-dövlət) nəticəsində əsassız ödənişlər avtomatik aşkarlanaraq dayandırılır:

"Dövlət büdcəsinin qorunması prinsiplərinə uyğun olaraq, müvafiq maddələr üzrə təyinatdan kənarlaşma olmaması məqsədilə monitorinqlər zamanı qanunvericiliklə müəyyən edilmiş şərtləri ödəməyən - adına daşınmaz əmlak sahəsi (ev, mənzil) alan, VÖEN (vergiödəyicisinin eyniləşdirmə nömrəsi) əldə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan, nikah qeydi ilə statusu dəyişən, eləcə də təqvim ili ərzində müxtəlif dövrlərdə xaricdə ümumilikdə 182 gündən artıq yaşayan şəxslərə dövlət vəsaitinin ayrılması hüquqi baxımdan mümkün deyil.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sosial ödənişlərlə bağlı məsələlərin vətəndaşlar üçün həssas xarakter daşıdığını daim nəzərə alır. Bununla yanaşı, dövlət orqanları qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət büdcəsi hesabına həyata keçirilən bütün sosial ödənişlərin təyin edilməsində qüvvədə olan hüquqi normaların mütləq tətbiqini təmin edirlər".

Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya 

15:40 / 26 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya 

86

0
İranda xarici media ilə bağlı qadağa: Jurnalistləri 2 il həbs gözləyir

15:17 / 26 Avqust 2026

DÜNYA DÜNYA

İranda xarici media ilə bağlı qadağa: Jurnalistləri 2 il həbs gözləyir

85

0
Köçəryan və Sarkisyana qarşı yeni cinayət işi: Azərbaycanın ədalət gözləntisi reallaşırmı? – ŞƏRH  

15:12 / 26 Avqust 2026

DÜNYA DÜNYA

Köçəryan və Sarkisyana qarşı yeni cinayət işi: Azərbaycanın ədalət gözləntisi reallaşırmı? – ŞƏRH  

137

0
Faizlə borc vermək nə vaxt cinayət hesab olunur? – Məhkəmələrdən YENİ QƏRARLAR  

14:59 / 26 Avqust 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Faizlə borc vermək nə vaxt cinayət hesab olunur? – Məhkəmələrdən YENİ QƏRARLAR  

90

0
Süd vəzində düyün tapılanların NƏZƏRİNƏ: Hər kütlə xərçəngdirmi? – Həkimdən XƏBƏRDARLIQ  

14:45 / 26 Avqust 2026

TİBB TİBB

Süd vəzində düyün tapılanların NƏZƏRİNƏ: Hər kütlə xərçəngdirmi? – Həkimdən XƏBƏRDARLIQ  

76

0
Paytaxtda taksi dayanacaqlarının sayı artırıldı 

14:42 / 26 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Paytaxtda taksi dayanacaqlarının sayı artırıldı 

85

0
Sabah rayonlarda leysan yağacaq 

14:40 / 26 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sabah rayonlarda leysan yağacaq 

83

0
Solariumdan istifadə edənlərə ürək XƏBƏRDARLIĞI: "Gözəlliyinizə görə sağlamlığınızı qurban verməyin!"   

14:30 / 26 Avqust 2026

TİBB TİBB

Solariumdan istifadə edənlərə ürək XƏBƏRDARLIĞI: "Gözəlliyinizə görə sağlamlığınızı qurban verməyin!"   

80

0
Stentlərin ömrü nə qədərdir?— Kardioloqdan VURĞU: Bunlara əməl etsəniz, ömürlük olacaq!  

14:15 / 26 Avqust 2026

TİBB TİBB

Stentlərin ömrü nə qədərdir?— Kardioloqdan VURĞU: Bunlara əməl etsəniz, ömürlük olacaq!  

89

0
İnfarkt yaşı 10 il gəncləşdi: Səbəblər NƏDİR?  

13:58 / 26 Avqust 2026

TİBB TİBB

İnfarkt yaşı 10 il gəncləşdi: Səbəblər NƏDİR?  

79

0
"Qan yudurtmaq" və "Qan vermək" eyni şeydirmi? — Mütəxəssis fərqi açıqladı  

13:55 / 26 Avqust 2026

TİBB TİBB

"Qan yudurtmaq" və "Qan vermək" eyni şeydirmi? — Mütəxəssis fərqi açıqladı  

85

0
Xarici pasportu olanlar Azərbaycanda hərbi xidmətə çağırıla bilər? – Hərbi ekspertdən VACİB AÇIQLAMA  

13:33 / 26 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Xarici pasportu olanlar Azərbaycanda hərbi xidmətə çağırıla bilər? – Hərbi ekspertdən VACİB AÇIQLAMA  

111

0