İşlənmiş maşın qiymətinə - dünyanın ən bahalı toyuğu
05 Oktyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
236
06.08.2026, 10:37
İqlim dəyişikliyinin təbiətə təsiri ilə bağlı aparılan yeni qlobal araşdırma göstərib ki, dünyanın müxtəlif bölgələrində kəpənəklər yaşayış yerlərini dəyişməyə başlayıblar. Alimlər müəyyən ediblər ki, bir çox növ coğrafi areallarını genişləndirir və ya daraldır, bəziləri isə daha sərin iqlim axtarışı ilə daha yüksək hündürlüklərə miqrasiya edir.
Oxu24.com xəbər verir ki, "Nature Ecology & Evolution" jurnalında dərc olunan tədqiqat çərçivəsində 105 ölkədən 1 758 kəpənək növü üzrə məlumatlar təhlil edilib. Araşdırma nəticəsində məlum olub ki, təxminən hər 10 kəpənək növündən birinin yaşayış mühiti son dövrlərdə əhəmiyyətli dərəcədə dəyişib.
"The Guardian" qəzetinin məlumatına görə, uzun illərdir ətraf mühitdə baş verən dəyişikliklərin əsas göstəricilərindən hesab edilən kəpənəklər hazırda qlobal istiləşmənin təsiri ilə demək olar ki, bütün qitələrdə yeni yaşayış ərazilərinə doğru hərəkət edirlər.
Tədqiqatın aparıcı müəllifi Dr. Şavan Çovdhuri bildirib ki, əldə olunan nəticələr iqlim dəyişikliyi və ekstremal hava hadisələrinin biomüxtəlifliyə təsirinin miqyasını açıq şəkildə nümayiş etdirir.
Alimin sözlərinə görə, kəpənəklər təbiətdə baş verən dəyişikliklərin erkən xəbərdarlıq göstəricilərindən biridir.
"Onlar bütün planetə xəbərdarlıq siqnalı göndərirlər. Əgər onların yaşayış mühiti bu qədər kəskin şəkildə dəyişirsə, bu, həmin ekosistemlərdə dərin dəyişikliklərin baş verdiyini göstərir", – deyə Dr. Çovdhuri qeyd edib.
Mütəxəssislər hesab edirlər ki, kəpənəklərin miqrasiya istiqamətlərinin və populyasiya dəyişikliklərinin izlənməsi iqlim dəyişikliyinin ekosistemlərə təsirini qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.
23:49 / 05 Oktyabr 2026
81
23:42 / 05 Oktyabr 2026
38
23:42 / 05 Oktyabr 2026
79
23:32 / 05 Oktyabr 2026
77
23:22 / 05 Oktyabr 2026
75
22:49 / 05 Oktyabr 2026
74
22:33 / 05 Oktyabr 2026
105
22:23 / 05 Oktyabr 2026
96
22:09 / 05 Oktyabr 2026
105
22:02 / 05 Oktyabr 2026
116
21:57 / 05 Oktyabr 2026
87
21:53 / 05 Oktyabr 2026
269
21:50 / 05 Oktyabr 2026
3879
21:45 / 05 Oktyabr 2026
2368
21:40 / 05 Oktyabr 2026
77
21:37 / 05 Oktyabr 2026
70
21:26 / 05 Oktyabr 2026
72
21:18 / 05 Oktyabr 2026
78
21:11 / 05 Oktyabr 2026
71
21:05 / 05 Oktyabr 2026
97
20:59 / 05 Oktyabr 2026
112
20:53 / 05 Oktyabr 2026
97
20:50 / 05 Oktyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.