Nəsimi Musayevdən XƏBƏR VAR
26 Oktyabr 2026, 15:50
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
282
06.08.2026, 12:55
Müstəntiqlərin məhkəmə qərarı olmadan istənilən şəxsin telefonuna, kompüterinə və ya digər elektron cihazlarına baxış keçirə biləcəyi barədə xəbərlər hər kəsə maraqlıdır. Bu iddialar Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinə edilən son dəyişikliklərlə əlaqələndirilərək ictimaiyyət arasında müəyyən narahatlıq və təşvişə səbəb olub. Lakin hüquqi məsələlər barəsində ictimaiyyətə məlumat verilərkən dəqiqlik və məsuliyyət prinsipləri hər zaman əsas götürülməlidir. Yayılan bu məlumatlar həqiqəti əks etdirmir və vətəndaşlarda yanlış təsəvvür yaradır. Qanunvericiliyin tələblərinə görə, müstəntiq hər yoldan keçənin deyil, yalnız müvafiq prosessual qaydalar çərçivəsində müəyyən edilmiş şəxslərin elektron qurğularına baxış keçirə bilər.
Məsələyə hüquqi müstəvidə aydınlıq gətirmək üçün Oxu24.com-a vəkil Elmar İbrahimov açıqlama verərək bildirib ki, yayılan bu kimi şayiələr hüquqi baxımdan tamamilə əsassızdır:
“Müstəntiq istənilən şəxsin yox, yalnız haqqında cinayət işi üzrə icraat aparılan şübhəli və ya təqsirləndirilən şəxsin telefonuna, kompüterinə və digər elektron cihazlarına baxış keçirə bilər. Bu proses yalnız qanunla müəyyən edilmiş prosessual qaydalar daxilində həyata keçirilir”.
Onun sözlərinə görə, telefona, kompüterə və ya digər elektron daşıyıcılara baxış keçirilməsi üçün mütləq qaydada əsaslandırılmış qərar və protokol olmalıdır. Yalnız bu rəsmi sənədlər tərtib edildikdən sonra qeyd olunan prosessual hüquqi hərəkətlər həyata keçirilə bilər.
16:42 / 26 Oktyabr 2026
1
16:30 / 26 Oktyabr 2026
41
16:17 / 26 Oktyabr 2026
54
16:08 / 26 Oktyabr 2026
106
15:57 / 26 Oktyabr 2026
63
15:50 / 26 Oktyabr 2026
163
15:48 / 26 Oktyabr 2026
74
15:44 / 26 Oktyabr 2026
122
15:41 / 26 Oktyabr 2026
76
15:37 / 26 Oktyabr 2026
66
15:34 / 26 Oktyabr 2026
74
15:28 / 26 Oktyabr 2026
69
15:19 / 26 Oktyabr 2026
138
15:10 / 26 Oktyabr 2026
96
15:07 / 26 Oktyabr 2026
159
15:03 / 26 Oktyabr 2026
801
14:59 / 26 Oktyabr 2026
70
14:30 / 26 Oktyabr 2026
75
14:25 / 26 Oktyabr 2026
189
14:24 / 26 Oktyabr 2026
75
14:18 / 26 Oktyabr 2026
81
14:14 / 26 Oktyabr 2026
78
14:06 / 26 Oktyabr 2026
1285
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.