1400 illik tarixi ilə dünyanın ən böyük qəbiristanlığı
03 Avqust 2026, 10:40
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
63
03.08.2026, 11:02
Çinli alimlər Yer kürəsini təhlükəli asteroidlərdən qorumaq üçün yeni müdafiə üsulu təklif ediblər.
Oxu24.com alimlərin araşdırmasına görə, nüvə yükünün asteroidin səthində deyil, onun daxilində partladılması daha effektiv nəticə verə bilər.
Araşdırma Çin Raket Texnologiyaları Akademiyasının mütəxəssisləri tərəfindən aparılıb və nəticələr Space: Science & Technology jurnalında dərc olunub. Kompüter modelləşdirmələri göstərib ki, əvvəlcə asteroidin səthində dərin bir krater yaradılması, daha sonra isə nüvə yükünün həmin hissəyə yerləşdirilməsi obyektin trayektoriyasını dəyişmək üçün daha etibarlı üsul ola bilər.
Alimlərin hesablamalarına əsasən, diametri təxminən 100 metr olan asteroidin məhv edilməsi üçün 3 meqaton gücündə nüvə partlayışı tələb oluna bilər. Daha kiçik, təxminən 50 metrlik asteroidlər üçün isə 300 kilotonluq yük kifayət edə bilər. Ən yüksək effektivliyin nüvə yükünün təxminən 30 metr dərinliyə yerləşdirildiyi halda əldə olunduğu bildirilir.
Tədqiqatçılar qeyd edirlər ki, bu metod hətta böyük ölçülü asteroidlərin hərəkət sürətini dəyişmək potensialına malikdir. Hesablamalara görə, 1 kilometr diametrində olan asteroidin sürəti saniyədə təxminən 30 santimetr dəyişdirilə bilər.
Alimlərin fikrincə, belə müdafiə sistemlərinin uğurlu olması üçün təhlükəli asteroidlərin əvvəlcədən aşkarlanması vacibdir. Bunun üçün xüsusi kosmik aparatların hazırlanması, güclü raket daşıyıcılarından istifadə və müvafiq kosmik infrastrukturun yaradılması tələb olunur.
Yeni tədqiqat Yer kürəsinin gələcəkdə mümkün kosmik təhlükələrdən qorunması istiqamətində nəzəri və texniki əsaslardan biri kimi qiymətləndirilir.
12:27 / 03 Avqust 2026
8
12:26 / 03 Avqust 2026
8
12:19 / 03 Avqust 2026
30
12:15 / 03 Avqust 2026
32
12:13 / 03 Avqust 2026
44
12:08 / 03 Avqust 2026
42
12:05 / 03 Avqust 2026
63
12:04 / 03 Avqust 2026
38
12:01 / 03 Avqust 2026
212
11:59 / 03 Avqust 2026
51
11:55 / 03 Avqust 2026
57
11:45 / 03 Avqust 2026
49
11:44 / 03 Avqust 2026
111
11:40 / 03 Avqust 2026
48
11:36 / 03 Avqust 2026
69
11:30 / 03 Avqust 2026
58
11:27 / 03 Avqust 2026
125
11:21 / 03 Avqust 2026
112
11:19 / 03 Avqust 2026
65
11:17 / 03 Avqust 2026
66
11:15 / 03 Avqust 2026
65
11:13 / 03 Avqust 2026
327
11:10 / 03 Avqust 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.