Balıq pulcuqları yeməli İMİŞ -QAYDASI
20 Oktyabr 2026, 16:40
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
260
01.08.2026, 10:30
Rusiyada melanoma xəstələrinin müalicəsi üçün hazırlanmış fərdiləşdirilmiş mRNA peyvəndinin ilk tətbiqindən sonra ilkin müsbət nəticələr açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, Qamaleya Tədqiqat Mərkəzinin elmi rəhbəri Aleksandr Ginzburqun sözlərinə görə, apreldə peyvəndin ilk dozasını alan 60 yaşlı melanoma xəstəsinin müalicəsi davam edir.
İlkin müşahidələrdə pasiyentin orqanizmində şiş və metastazlarla mübarizədə rol oynayan immun reaksiyanın formalaşdığı bildirilib.
Rusiyanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, fərdiləşdirilmiş antixərçəng mRNA peyvəndi “Neooncovac” ilk dəfə 1 aprel 2026-cı ildə 60 yaşlı melanoma xəstəsinə tətbiq olunub. Preparat Milli Tibbi Radiologiya Tədqiqat Mərkəzi və Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin birgə layihəsidir.
Preparatın əsas xüsusiyyəti onun hər xəstə üçün ayrıca hazırlanmasıdır. Bunun üçün pasiyentin şiş toxuması və sağlam toxumasından nümunələr götürülür, onların genetik xüsusiyyətləri analiz edilir və nəticələr əsasında həmin şəxsin şiş hüceyrələrinə uyğun peyvənd hazırlanır.
Məqsəd immun sistemini xərçəng hüceyrələrini tanımağa və onlara qarşı daha məqsədyönlü reaksiya göstərməyə yönəltməkdir. Milli Tibbi Radiologiya Tədqiqat Mərkəzi preparatın xəstənin fərdi genetik profilinə əsaslandığını bildirir.
Qamaleya İnstitutunun məlumatına görə, yaxın mərhələdə daha 10 melanoma xəstəsi üçün fərdiləşdirilmiş peyvənd hazırlanması planlaşdırılır.
Bununla yanaşı, Rusiyada digər xərçəng növlərinə qarşı fərdiləşdirilmiş müalicə yanaşmaları üzərində də iş aparılır. Tədqiqatçılar texnologiyanın gələcəkdə melanoma ilə yanaşı, digər onkoloji xəstəliklərin müalicəsində də tətbiq imkanlarını araşdırırlar.
Rusiyanın Milli Tibbi Radiologiya Tədqiqat Mərkəzi preparatın klinik istifadəsinə icazə verildiyini və onun melanoma xəstələrinin fərdi müalicəsində tətbiq edildiyini bildirir
23:59 / 20 Oktyabr 2026
25
23:35 / 20 Oktyabr 2026
31
23:23 / 20 Oktyabr 2026
50
23:16 / 20 Oktyabr 2026
55
22:54 / 20 Oktyabr 2026
83
22:44 / 20 Oktyabr 2026
72
22:33 / 20 Oktyabr 2026
99
22:22 / 20 Oktyabr 2026
70
22:22 / 20 Oktyabr 2026
76
21:51 / 20 Oktyabr 2026
156
21:47 / 20 Oktyabr 2026
146
21:42 / 20 Oktyabr 2026
85
21:39 / 20 Oktyabr 2026
316
21:33 / 20 Oktyabr 2026
658
21:28 / 20 Oktyabr 2026
84
21:22 / 20 Oktyabr 2026
374
21:17 / 20 Oktyabr 2026
83
21:15 / 20 Oktyabr 2026
82
21:06 / 20 Oktyabr 2026
81
21:03 / 20 Oktyabr 2026
72
21:00 / 20 Oktyabr 2026
69
20:55 / 20 Oktyabr 2026
64
20:50 / 20 Oktyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.