Torpağı qoyun yunu ilə örtməyə başladılar
07 Noyabr 2026, 21:47
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
518
16.07.2026, 19:32
Dünya çempionatlarında hər kəsin heyranlıqla izlədiyi eyni mənzərə təkrarlanır: Yaponiya milli komandasının üzvləri oyundan sonra paltardəyişmə otağını tərtəmiz edib gedir, yapon azarkeşlər isə stadiondakı zibilləri tək-tək torbalara yığırlar. Üstəlik, Yaponiyanın küçələrində demək olar ki, heç yerdə zibil qutusu yoxdur, amma şəhərlər inanılmaz dərəcədə təmizdir.
Bəs bizə təəccüblü gələn bu təmizliyin, səliqənin və yüksək mədəniyyətin əsl sirri nədir?
Oxu24.com-un məlumatına görə, bu məsələnin kökü çox keçmişə — yaponların yerli dini olan Şintoizmə gedib çıxır. Şintoizm inancına görə, çirkli olmaq təkcə fiziki deyil, həm də mənəvi bir yük, günah hesab olunur. Buna görə də yapon mədəniyyətində çox sayda təmizlik ritualları var. Məsələn, onlar məbədə girməzdən əvvəl mütləq əllərini, ayaqlarını və ağızlarını yumalıdırlar. Əsrlərdir davam edən bu inanclar yaponların qanına işləyib.
Yaponiya adalardan ibarət bir ölkədir və burada havadakı rütubətin miqdarı olduqca yüksəkdir. Yüksək rütubət isə bakteriyaların və mikrobların çoxalması üçün ən münbit şərait deməkdir. Yaponlar elə bir coğrafiyada yaşayırlar ki, sağlam qalmaq və xəstəliklərdən qorunmaq üçün təmiz olmağa birmənalı olaraq məburdurlar. Təmizlik onlar üçün sadəcə istək deyil, həm də bir sağ qalma mübarizəsidir.
Ən mühüm səbəblərdən biri də təhsil sistemidir. Yaponiya məktəblərində təmizlik işçiləri çalışmır! Siniflərin, dəhlizlərin və hətta tualetlərin təmizlənməsini ən balaca şagirddən tutmuş ən böyüyünə qədər uşaqlar özləri icra edirlər. Bu qayda uşaqlara kiçik yaşlarından məsuliyyət hissini aşılayır və onları təmizkar böyüdür. Başqasının əməyinə hörmət etməyi öyrənən yapon uşaq böyüdükdə də küçəyə zibil atmır.
Əsrlərdir davam edən coğrafi, dini və təhsil amilləri yaponların canına elə hopub ki, təmizlik onlar üçün artıq adi bir vərdiş deyil, bütöv bir həyat tərzidir.
Jalə
20:12 / 09 Noyabr 2026
4
20:11 / 09 Noyabr 2026
1
20:10 / 09 Noyabr 2026
25
20:06 / 09 Noyabr 2026
26
19:53 / 09 Noyabr 2026
54
19:52 / 09 Noyabr 2026
87
19:44 / 09 Noyabr 2026
85
19:44 / 09 Noyabr 2026
77
19:27 / 09 Noyabr 2026
74
19:25 / 09 Noyabr 2026
135
19:19 / 09 Noyabr 2026
103
19:15 / 09 Noyabr 2026
137
19:12 / 09 Noyabr 2026
248
19:11 / 09 Noyabr 2026
141
19:01 / 09 Noyabr 2026
82
18:57 / 09 Noyabr 2026
202
18:46 / 09 Noyabr 2026
101
18:41 / 09 Noyabr 2026
176
18:38 / 09 Noyabr 2026
177
18:31 / 09 Noyabr 2026
145
18:25 / 09 Noyabr 2026
1319
18:23 / 09 Noyabr 2026
123
18:14 / 09 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.